Xarkovda yaralanan TIR sürücüsü Azərbaycana nə vaxt təxliyə ediləcək? - VİDEO

Azərbaycanlı TIR sürücüsü Yusif Bayramov Ukraynanın Xarkov şəhərində baş verən atışma zamanı yaralanıb. Güllə yarası alan həmyerlimizin vəziyyəti günü-gündən pisləşir.
Məlumata görə, Masallı rayonu, Ərkivan kənd sakini Yusif Bayramov deyir ki, yaralandıqdan sonra onu və digər yaralıları Xarkov şəhərində yerləşən 4 saylı təcili- tibbi yardım məntəqəsinə aparıblar. Artıq 10 gündən çoxdur ki, bu məntəqədə müalicə alır.
Yusif Bayramov bildirir ki, müharibə olduğundan məntəqədə dərman və digər tibbi ləvazimatlar çatışmır.
O, tezliklə bu ölkədən Azərbaycana təxliyə olunmağını istəyir.
Məsələ ilə bağlı Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının mətbuat katibi Ruslan Eldaroğlu ''Xəzər Xəbər''ə bildirib ki, həm Yusif Bayramovun, həm də digər yaralanan tır sürücülərimizin ailələri ziyarət olunub.Onların qayğı və çətinlikləri ilə maraqlanılıb. Sürücülərin müalicəsi, onların təxliyə edilməsi istiqamətində görülən tədbirlərlə bağlı ailələrinə məlumat verilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, yaralı vəziyyətdə olan vətəndaşlarımızın təxliyəsi təhlükəlidir.Onların ilk növbədə müalicəsi olunmalı, sonra isə təxliyəsi həyata keçirilməlidir. Nazirlikdən həmçinin o da deyilib ki, sözügedən vətəndaşla Xarkovda olan fəxri konsulluğumuz əlaqə saxlayıb və onların ilkin ehtiyacları təmin olunub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI
Binəqədi şosesində hərəkətin təşkili dəyişdirilir - VİDEO










