XİN: “Bu günədək Ukraynadan Azərbaycana 7500-dən çox insan təxliyə olunub”

Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədəki Azərbaycan vətəndaşlarının və onların ailə üzvlərinin qonşu ölkələrin ərazisindən keçməklə Azərbaycana təxliyəsi davam edir.
Avtosfer.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. 14 mart 2022-ci il tarixinədək Azərbaycana 7500-dən çox insan təxliyə olunub. Onlardan 3 000 yaxın çarter reysəri, 4500-dən çox insan isə avtobuslarla təxliyə olunub. Vətəndaşlarımızın təxliyəsi üçün Azərbaycan hökuməti tərəfindən Rumıniyanın Yassi və Buxarest, Polşanın Katoviçe şəhərlərindən indiyədək 15 çarter reysi təşkil olunub. Bu reyslərlə əsasən qadınlar, uşaqlar, yaşlılar, xəstələr və digər həssas qrupa daxil olan vətəndaşlarımızın təxliyəsinə üstünlük verilib. Ukraynadakı vəziyyətlə əlaqədar bu bölkədə daimi və müvəqqəti yaşayan, səfərdə olan soydaşlarımızın, həmçinin şəxsi imkanları hesabına Azərbaycana geri dönüşü həyata keçirilir.
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ












