Xüsusi təyinatlılara əsir düşən erməni diversantların etirafları

Erməni hüquq müdafiəçisi Vaan Oqanesyan 44 günlük müharibə başa çatandan sonra Azərbaycan ərazisinə daxil olan və xüsusi təyinatlılar tərəfindən saxlanılan erməni diversantların etiraflarını dərc edib.
V.Oqanesyan Azərbaycan tərəfinə könüllü olaraq təslim olan ermənilərin etiraflarını öz Feysbuk hesabında paylaşıb.
“Biz 62 nəfər idik, onlar bizim tərəfə gəlməyə davam edirdilər. Mövqedə 15-20 dəqiqə gözlədikdən sonra nə baş verdiyini anlamaq üçün əsgərlərə yaxınlaşmağa qərar verdik. Onlardan biri rus dilində səlis danışaraq narahat olmamağımızı dedi, buna görə biz də təslim olduq.
Mən yaxınlaşdım və gördüm ki, onlar 4-5 nəfərdirlər. Ocağın yanında daha 3-4 azərbaycanlı dayanmışdı”, - deyə Azərbaycandan qayıdan diversantlardan S.Q. deyib.
“Biz bütün qərargahla mövqeni tərk etdik. Növbə ilə silahımızı azərbaycanlılara verdik və bundan sonra bizə onlarla getməyimizi dedilər. Orada yeddi azərbaycanlı və onların bir komandiri var idi”, - deyə R.K. qeyd edib.
S.P. adlı diversant isə belə bildirib: “Axşam təqribən 8-də göstərilən mövqelərə getdik və orada “Yaşma” xüsusi təyinatlılarının dəstəsini gördük. Onlar 6-7 nəfər idilər və biz silahımızı təhvil verməyə qərar verdik”.
“Naməlum əraziyə çatanda qarşımıza təqribən 6-8 nəfərdən ibarət azərbaycanlı xüsusi təyinatlı dəstəsi çıxdı. Onlar özlərini təqdim etdi və silah-sursatlarımızı, hərbi formalarımızı təhvil verməyimizi təklif etdilər”, - deyə N.D. söyləyib.///qafqazinfo
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO












