Yaponiyada hidrogen yanacağı ilə işləyən qatar nümayiş olunub

Yaponiyanın ən böyük dəmiryol kompaniyası olan “JR East” hidrogen mühərrikli “Hibari” qatarını nümayiş etdirib.
Avtosfer.az xəbər verir ki, qatar cənubdan Tokio ilə birləşən Kavasaki şəhərindəki eksperimental bazada jurnalistlərə göstərilib.
Hidrogen yanacağı ilə işləyən qatarın sınaqlarının mart ayının ikinci yarısında Yaponiya paytaxtının dəmiryol xətlərinin birində keçirilməsi planlaşdırılır. Onun mühərriki yanacaq bakındakı hidrogenin atmosferdəki oksigenlə birləşməsi nəticəsində yaranan kimyəvi reaksiyaya hesabına hasil olunan və yüksək tutumlu akkumulyatorlarda yığılan elektrik enerjisi ilə çalışır. Reaksiya nəticəsində atmosferə yalnız ekoloji təmiz su buxarı atılır. “Hibari” hidrogenlə bir dəfə doldurulmaqla 140 kilometr məsafə qət edə bilir. Belə qatarlardan dizel yanacağı ilə işləyən teplovozların hələ də istismar olunduğu kənd yerlərində istifadə edilməsi nəzərdə tutulur.
“JR East” kompaniyasının qatarları hər il atmosferə təxminən 2,5 milyon ton karbon qazı buraxır. Yeni texnologiyaların, o cümlədən ekoloji cəhətdən təmiz hidrogen mühərriklərinin tətbiqi ilə bu həcmin 2030-cu ilədək iki dəfə azalacağı gözlənilir. 2050-ci ilə qədər isə kompaniya havaya atılan karbon qazını sıfıra endirməyi planlaşdırır. Bu, əsrin ortalarınadək sənaye müəssisələrinin və avtomobillərin atmosferi karbon qazı ilə çirkləndirməsinə tamamilə son qoymağı hədəfləyən Yaponiya hökumətinin planlarına uyğun gəlir.
AZƏRTAC
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ












