Yeni ildə internet dələduzlarından belə qorunun

Yeni il bayramında da internet dələduzluğu problemi öz aktuallığını saxlayır. Təcavüzkarlar Yeni il ərəfəsində onlayn hədiyyə alanların diqqətsizliyindən istifadə edərək, tez-tez tanınmış brendlərin adı altında gizlənir, istifadəçilərə sadə oyunlar qarşılığında böyük məbləğdə pul uduşları vəd edirlər. Dələduzlar uduşun əldə edilməsi üçün bank kartı məlumatlarının daxil edilməsi və ya komissiya ödənilməsini istəyə bilərlər. Öz məlumatlarınızı daxil etdiyiniz saytları diqqətlə yoxlayın və şəbəkədəki “səxavətli” təkliflərə qarşı olduqca həssas yanaşın.
Avtosfer.az Axar.az-a istinadla xəbər verir ki, bunu “Kasperski” şirkətinin Azərbaycandakı nümayəndəsi Müşfiq Məmmədov deyib.
“Təcavüzkarlar öz sxemlərini hər zaman aktual hadisələrə uyğunlaşdırırlar. Yeni il bayramı da istisna deyil. Görürük ki, fırıldaqçılar tez-tez elektron ödəniş, sorğu, uduş səhifələri və onlayn mağaza adı altında gizlənirlər. Təhlükəsizlikdən əmin olmaq üçün saytın doğrudan da həmin brendə aid olduğunu, ünvan adının rəsmi adla üst-üstə düşdüyünü yoxlayın, həmçinin onun kimin adına və nə zaman qeydiyyata alındığını da dəqiqləşdirmək olar”, - M.Məmmədov bildirib
Onun sözlərinə görə, dələduzların toruna düşməmək üçün əsas qaydalara əməl etmək lazımdır:
“Elektron poçt, messencer və ya sosial şəbəkələrdəki şübhəli linklərə keçid etməyin, həmçinin şübhəli saytlardakı reklam banerlərinə klikləməyin. Ödəniş üçün məlumatları daxil etməzdən öncə ünvan zolağındakı sayt ünvanını diqqətlə yoxlayın. Daha yaxşı olar ki, onlayn alış-veriş üçün ayrıca bir kart, məsələn, virtual kart açasınız və onun balansında az məbləğ saxlayasınız, həmçinin gündəlik nağdlaşdırma limiti təyin edəsiniz. Fişinq və ya spam saytlarına, eləcə də zərərli reklam banerlərinə keçidi bloklayan qoruma proqramı yükləməkdə fayda var”.
İlham Əliyevdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM
Hamlet Musayevin qızı həbs edildi - Külli miqdarda dələduzluq...
İlham Əliyev ipoteka ilə bağlı fərman imzaladı
Baş nazir qərar imzaladı
Adı biznes və tikinti imperiyası ilə hallanan Baş nazirin korteji – VİDEO
“Yol hərəkəti haqqında” qanun dəyişir - Əli Əsədov QƏRAR İMZALADI
Bakıda toyda qəribə görüntü MÜZAKİRƏ YARATDI - VİDEO
Bakıya gözlənilməz hava GƏLİR: Temperatur belə olmamışdı
Yer kürəsində maqnit fırtınası başlayıb
Lökbatan istiqamətində kilometrlərlə uzanan TIXAC YARANDI - VİDEO
Əli Əsədov qərar imzaladı








