“Yeni Klinika” sabiq direktoruna hökm oxundu

Rüşvət ittihamı ilə həbs edilən “Yeni Klinika”nın direktoru Pərviz Abbasovun məhkəmə prosesi başa çatıb.
Avtosfer.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda Pərviz Abbasov və onunla birlikdə ittiham olunan “Buta” Klinikasının həkimi işləmiş Qalib Nəcəfov, Qida Təhlükəsizliyi İnstitutunun baytarı Əvəz Hüseynov, “Avrasiya” klinikasının meneceri Vüsalə Əliyeva və Samir Mirzəyevə hökm oxunub.
Hökmdən öncə V.Əliyeva iki övladının olmasını və hazırda hamilə olduğunu əsas gətirərək şərti cəza istəyib.
Hökmə əsasən, sabiq direktor Pərviz Abbasov 8 il 6 ay azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslərdən Qalib Nəcəfov, Əvəz Hüseynov və Samir Mirzəyevin hər birinə isə 8 il həbs cəzası verilib. Avrasiya klinikasının meneceri Vüsalə Əliyeva isə iki il sınaq müddəti seçilməklə şərti cəza alıb.
Xatırladaq ki, həbs edilən şəxslər COVID-19 xəstəliyindən əziyyət çəkən şəxslərin “Yeni Klinika”ya yerləşdirilməsi müqabilində onların yaxınlarından pul almaqda ittiham olunublar. Onlar bu ilin aprelində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyatla saxlanılıb və Cinayət Məcəlləsinin 311.3.2 (Rüşvət alma) maddəsi ilə mühakimə ediliblər.
40 yaşlı Pərviz Abbasov ixtisasca cərrahdır. Elmlər doktoru olan P.Abbasov Avropa və ABŞ həkimlər konqresinin üzvüdür. O, ötən ilin martında açılışı olan “Yeni Klinika”nın direktoru təyin edilmişdi.
“Qafqazinfo”
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB












