Yeni şəhərlərarası avtobus marşrutları müsabiqəyə çıxarılır

Dövlət Avtomobil Nəqliyyatı Xidməti yeni avtobus marşrutları ilə bağlı müsabiqə elan edir. Şəhərlərarsı sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Horadiz (Füzuli)-Bakı, Bakı-Sabirabad-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.
Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil edilir.
Müsabiqə şərtlərinə əsasən, Bakı-Horadiz (Füzuli)-Bakı istiqaməti üzrə daşıyıcıların ən azı 3, Bakı-Sabirabad-Bakı istiqaməti üzrə 2 orta və iri tutumlu avtobusu olmalıdır.
İddiaçılar müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri 29 aprel 2022-ci il saat 17:00-dək, müsabiqə təklifləri toplusunu isə 13 may 2022-ci il saat 17:00-dək
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə təqdim etməlidirlər.
İddiaçıların təkliflər paketlərini 26 may 2022-ci il tarixində müsabiqə keçirilən zaman komissiya üzvləri açacaqlar. İddiaçılar və onların müvafiq qaydada rəsmiləşdirilmiş sənədlə müvəkkil etdikləri səlahiyyətli nümayəndələri komissiyanın iclasında iştirak edə bilərlər.
Qeyd edək ki, şəhərlərarası marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim ediləcək. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi











