Yeni Vətəndaş Qəbulu Mərkəzinə necə getmək olar? - CAVAB

Mart ayının 28-də Vətəndaş Qəbulu Mərkəzi açılıb. Qeyd edək ki, mərkəzdə həm ilk dəfə qəbula gələn, həm də əvvəlcədən qəbula yazılan vətəndaşlar üçün iki qeydiyyat köşkü quraşdırılıb. Vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçib müvafiq ardıcıllığa riayət etməklə qəbula yazıla və müraciət edə biləcəklər.
Bəs, ora necə getmək olar? Bu barədə Avtosfer.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 79 ünvanında yerləşən mərkəzə metronun "İnşaatçılar" stansiyasından 17, "N.Nərimanov" stansiyasından 24, "28 May" stansiyasından 27, "20 Yanvar" stansiyasından isə 211 nömrəli marşrut gedir.
Bundan başqa 2, 7A, 7B, 93 nömrəli müntəzəm marşrut xətləri üzrə hərəkət edən avtobuslar da Mərkəzin yaxınlığından keçir.

Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi











