Banner

Yeraltı keçidlərdə maskaya görə cərimə yazmaq qanunidir? - RƏSMİ

Xəbərlər 24 Fevral 2022 11:25 Oxunub 3532
Yeraltı keçidlərdə maskaya görə cərimə yazmaq qanunidir? - RƏSMİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yeraltı piyada keçidlərində maska taxmayan bir sıra vətəndaşlar cərimələndikləri üçün şikayətlənirlər. Həmin vətəndaşlara görə, yeraltı piyada keçidləri qapalı məkan sayılmadığından cərimələnmkləri də qanunsuzdur,

Ümumiyyətlə, yeraltı keçidlər qapalı məkan hesab edilirmi? Yeraltı keçidlərdə maskadan istifadə etməyən vətəndaşların cərimələnməsi qanunidir?

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Bakıvaxtı.az-a bildirib ki, yealtı keçidlərdə əgər ticarət obyektləri varsa, maskadan istifadə məcburidir: “Karantin rejmi qaydalarına uyğun olaraq, hər bir vətəndaş qapalı məkanlarda Nazirlər Kabinetinin COVID-19-la bağlı qaydalarına riayət etməlidir. Daxili İşlər Nazirliyinin apardığı profilaktik tədbirlər nəticəsində müşahidə edirik ki, vətəndaşlar maska taxsalar da düzgün qaydada istifadə etmirlər. Maska tənəffüz yollarını qoruyan vasitə olduğu üçün o, ağız və burun nahiyyəsini tam örtməlidir. Maskanı ağızda saxlamaq maska taxmamağa bərabərdir. Bu hala yol verən vətəndaş barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, barəsində inzibati tənbeh tədbiri tətbiq oluna bilər”.

 N.Əliyev qeyd edib ki, bu, bütün yeraltı keçidlərə aid deyil: “Qeyd etdiyim kimi, ticarət obyektləri olan yeraltı keçidlərdə maskadan istifadə məcburidir və əks halda, vətəndaşın cərimlənməsi qanunidir. Çünki ticarət obyektləri olan yerdə virusun yayılma riski böyükdür. Saatlarla orda dayanan satıcılar, alış-veriş edən vətəndaşlar arasında virus sürətlə yayıla bilər. Buna görə də digər yeraltı keçidlər istisna olmaqla, bu kimi yerlərdə maska taxmaq məcburi hesab olunur”.

Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın üzvü Elməddin Muradlı isə Bakıvaxt.az-a bildirib ki, yeraltı və ya yerüstü keçid qapalı məkan hesab oluna bilməz: “Ümumiyyətlə, “qapalı məkan” anlayışının tam izahını verən yoxdur. Hər bir halda hüquq-mühafizə orqanlarının “qapalı məkan” anlayışının nələrdən ibarət olduğunu izah etməsi daha yaxşı olar”.

Onun sözlərinə görə, bəzən polis əməkdaşları sanki “komandir tapşırıb, gedim on nəfərə protokol yazım” prinsipi ilə keçidlərdə dayanırlar: “Bu, düzgün deyil. Yeraltı keçidin o tərəfi də, bu tərəfi də açıqdırsa, qapalı məkan anlayışının bura heç bir aidiyyatı yoxdursa, vətəndaşı necə cərimələmək olar? Ona görə də, mən çox istərdim ki, o ərazilərdə xidməti yerinə yetirən əməkdaşlar birinci növbədə komandirlərindən soruşsunlar ki, qapalı məkan deyəndə nəyi nəzərdə tutursunuz?! Mən əminəm ki, yeraltı keçidlər qapalı məkan kateqoriyasına düşmür və düşməməlidir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh