Yollarımız qışa hazırdır? - RƏSMİ AÇIQLAMA

Dünən ölkəmizə qış fəsli qədəm qoyub. Yollarımız qış fəslinə hazırdırmı?
Avtosfer.az bildirir ki, bununla bağlı sualı Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli cavablandırıb.
O bildirib ki, Payız-qış mövsümü ilə bağlı oktyabrın 1-dən tədbirlərimizi görmüşük. Qış mövsümü ilə əlaqədar texnikalar hazır vəziyyətə gətirilib, qum-duz ehtiyatı toplanılıb, işçilərin isti geyimlə təmin oluması üçün işlər aparılıb.
Onun sözlərinə görə, dağlıq və dağətəyi rayonlarımızda payız fəslindən artıq qarın yağması müşahidə olunur. Əməkdaşlarımız dağlıq və dağətəyi yolların kənarında duz qum ehtiyyatından ibarət topalar yığıb. Onlar öncədən yolların kənarına yığılır ki, qar yağarkən hərəkətin fəaliyyətinə çətinlik yaransa əməkdaşlarımız həmin əraziyə cəlb olunsun və orda yaranmış problem qısa müddət ərzində aradan qaldırılsın.
"Paytaxt yolları da qışa hazırdır. Kifayət qədər duz-qum ehtiyatımız var. Zərurət olarsa yenə texniki duz alınacaq. Bakının əsas küçələri ilə yanaşı şəhərətrafı küçələr, qəsəbələrə gedən yollar, prospektlər bizim agentlik tərəfindən nəzarətdə saxlanılır. Qış boyunca hər hansı problem yaranarsa, müdaxilə olunacaq".
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu











