Yolu qazdılar, asfaltlamağı unutdular - FOTO

Bir müddət əvvəl Biləsuvar rayonunda kanalizasiya sisteminin yenidən qurulması üçün şəhərin əsas küçələrində qazıntı işləri aparılıb. Bu işləri həyata keçirən “Azərsu" ASC işlərini yekunlaşdırsa da yolların bərpası yaddan çıxıb.
Avtosfer.az xəbər verir ki, bu barədə yerli sakinlər məlumat verib. Onların sözlərinə görə, yollar artıq yarım ildir ki, bərbad vəziyyətdədir. Bundan isə ən çox əziyyət çəkən sürücülərdir. Onlar bildirib ki, şəhərin mərkəzi küçəsi ilə yanaşı, Nizami Gəncəvi və Mübariz İbrahimov küçələrində də eyni vəziyyətdir: “Yollar dağıldığından avtomobillərimizin ehtiyat hissələri tez-tez sıradan çıxır. Yağmurlu havada yol daha da keçilməz vəziyyətə düşür. Digər tərəfdən hərəkət zolağının eninin azalması qəzaların artmasına səbəb olur. Kanalizasiya sistemini yeniləmək məqsədilə yollar qazılıb. Artıq işlər başa çatıb. Buna baxmayaraq hələ də yollar əvvəlki vəziyyətinə qaytarılmayıb”. Problemlə bağlı “Azərsu” ASC–nin sözçüsü Anar Cəbrayıllı “Report”un yerli bürosuna bildirib ki, Biləsuvar rayonunda dövlət büdcəsi hesabına kanalizasiya xətləri tikintisi həyata keçirilib: “Artıq işlər yekunlaşıb. Həmin ərazidə əks dolğu kipləşdirmə işləri aparılıb. O ki, qaldı yolun asfalt örtüyünün vurulmasına, bu işlər yol təsərrüfatı tərəfindən yaxın günlərdə aparılacaq. Bununla bağlı müqavilə də imzalanıb”.
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI
Binəqədi şosesində hərəkətin təşkili dəyişdirilir - VİDEO
Sürücülərin NƏZƏRİNƏ: "Şamaxinka"da yol BAĞLANIR
Yeni dərs ilində yollarda vəziyyət necə olacaq? - VİDEO
Kamil Zeynallı Tailandda döyüldü - VİDEO
Bakıda bu rayonda 15 bina SÖKÜLƏCƏK
Azər Mursaqulov əmr İMZALADI
Basqalda baş verən sürüşmə ərazini tanımayanlara qəza riski yaratdı - VİDEO
Bakıda mal əti bahalaşdı: Səbəblər AÇIQLANDI
Həzi Aslanovda tikinti işlərinə etiraz: “Binanın altı qazılır” - VİDEO










