Zəngilanda ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb - VİDEO

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atıb qaçdıqları silah-sursatın yığılması istiqamətində aidiyyəti qurumlarla birgə intensiv tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidmətinin və Minatəmizləmə Agentliyinin təmsilçiləri ilə birgə keçirdikləri tədbirlər zamanı rayon ərazisindəki tərk edilmiş hərbi mövqelərdən xeyli sayda silah-sursat aşkar edilib. Tapılan 1 avtomat, 1 Faqot, 13 müxtəlif növ qumbara, 25 müxtəlif növ mərmi, 20 avtomat darağı, 4752 müxtəlif çaplı patron və digər sursatlar aidiyyəti üzrə təhvil verilib.
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ












