Kondisioner yanacaq sərfiyyatını hansı hallarda artırır? – ARAŞDIRMA

Yay aylarında havaların kəskin istiləşməsi ilə avtomobil kondisionerlərindən istifadə də artır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, kondisionerdən düzgün istifadə edilməməsi yanacaq sərfiyyatının artmasına, mühərrikə əlavə yük düşməsinə və sağlamlıq problemlərinə səbəb ola bilər.
Avtosfer.az xəbər verir ki, günəş altında saxlanılan avtomobillərin salonunda temperatur qısa müddətdə 60 dərəcəyə qədər yüksələ bilir. Bu səbəbdən sürücülərə avtomobilə əyləşdikdən dərhal sonra kondisioneri maksimum rejimdə işə salmaq əvəzinə, əvvəlcə pəncərələri açaraq isti havanın çölə çıxmasına şərait yaratmaq tövsiyə olunur. Bir neçə dəqiqədən sonra pəncərələri bağlayıb kondisioneri işə salmaq daha effektiv nəticə verir.
Mütəxəssislərin sözlərinə görə, "daxili hava dövranı" rejimindən istifadə də yanacağa qənaət etməyə kömək edir. Bu zaman sistem çöldən gələn isti havanı deyil, salon daxilində artıq soyumuş havanı dövriyyəyə buraxır. Nəticədə kondisionerin və mühərrikin yükü azalır.
Həmçinin qeyd olunur ki, yüksək sürətlə hərəkət zamanı pəncərələri açıq saxlamaq yanacaq sərfiyyatını azaltmır. Əksinə, yaranan hava müqaviməti mühərrikin daha çox işləməsinə səbəb olur. Bu baxımdan magistral yollarda hərəkət edərkən pəncərələri bağlı saxlamaq və kondisioneri 22-24 dərəcə temperaturda işlətmək daha məqsədəuyğun hesab edilir.
Araşdırmalara görə, kondisionerdən düzgün istifadə yanacaq sərfiyyatını 10-20 faizədək azaltmağa imkan verir.
Eltac Zülfüqaroğlu
Nişan düzgün qoyulmayan yolda qəza baş verərsə, kim məsuliyyət daşıyır? – AÇIQLAMA - VİDEO
Bakıda bir neçə yol bağlanır - SƏBƏB
Sumqayıtdan gələn sürücülər “20 Yanvar”da harada sərnişin düşürə bilər? – VİDEO
Sola dönmək qadağandır nişanı olan yerdə geriyə dönmək olar? – İZAH - VİDEO
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO












