Banner

300 manat və 5 bal cərimə istəmirsinizsə bu nömrəyə zəng edin - *1007

Qaydalar 17 Avqust 2015 23:22 Oxunub 4827
300 manat və 5 bal cərimə istəmirsinizsə bu nömrəyə zəng edin - *1007
WhatsApp kanalımıza abunə ola bilərsiniz
*1007 Ayıq sürücü xidməti sizi sığortalayır - İlk dəfə "Ayıq sürücü" anlayışı 1920-ci ildə yaranıb

Azərbaycan dünya miqyasında hər zaman öz yenilikləri ilə tanınır. Bundan əlavə, hər il vətəndaşlarımızın rahatlığı üçün yeni-yeni xidmətlər yaranır. Bunlardan demək olar ki, ən yenisi “Ayıq sürücü” xidmətidir. Bu layihə bizə yeni tanış olsa da, tarixı ötən əsrə qədər gedib çıxır. Avtosfer.az-ın məlumatına görə, ilk dəfə "Ayıq sürücü" anlayışı 1920-ci ildə Skandinaviyada yaransa da, 1980 ci illərdə inkişaf etməyə başlayıb. Bu ideya Harvard Universitetinin Sağlamlıq fakültəsinin təşəbbüsü ilə 1988-ci ildə ABŞ-da qəbul edilib. Bu müxtəlif reklam çarxları ilə təbliğ olunurdu. ABŞ-ın Nəqliyyat Departamentinin reklam çarxı bu ifadə üzərində qurulmuşdu; "Dostlar dostlarına sərxoş vəziyyətdə avtomobil idarə etməyə imkan vermir”. Hətta ABŞ-ın sabiq prezidenti Bill Klinton bu proqramın fəal iştirakçısına çevrilmişdi və onu hərtərəfli dəstəkləyirdi. O “Ayıq sürücü” ideyasi ilə olan reklam çarxlarına televiziyada geniş yer verilməsi haqqında sərancam belə imzalamışdı. Bu kampaniyanın təbliği ilə 1988—1994 illərdə sərxoş vəziyyətdə avtomobil idarə etmə nəticəsində baş verən yol qəzaları günü-gündən azalmağa başladı. Bundan sonra universitetlərin təşəbbüsü ilə bəzi təşkilatlar cümə və şənbə günləri bar və restoranlardan pulsuz “evə çatdırılma” xidməti təklif etdilər.

Əgər siz spirtli içki qəbul etmisinizsə, özünüzü pis hiss edirsinizsə və ya çox yorğunsunuzsa –“Ayıq sürücü” xidməti sizin üçündür. Sadəcə zəng etməyiniz kifayətdir. 30 dəqiqədən sonra sürücü lazımi ünvana gəlib, avtomobilinizə əyləşərək sizi rahatlıqla öz ünvanınıza çatdıracaq. Paytaxtımızın sakinləri də bu xidmətdən rahatlıqla istıfadə edə bilərlər. Azərbaycanda bu sahədə 50-dən çox şirkət fəaliyyət göstərir. Həmin şirkətlərin fəaliyyəti üçün hər hansı lisenziya tələb olunmur. Xidmət haqqı 10-20 manatdır. Məsafə uzandıqca, xidmət haqqı da artır. Bu xidmət bir növ "taksi" kimidir. Yəni sürücü müştərini istədiyi ünvana çatdırır. Fərq ondadır ki, idarə edilən avtomobil sifarişçinin-olur.

Azərbaycanda «Ayıq sürücü» xidmətindən bəhrələnmək istəyənlər *1007 qısa nömrəsinə zəng edə bilərlər. Bu xidmətin əməkdaşları peşəkarlardır və onlar sizin avtomobilinizi idarə edərkən nəqliyyat vasitəsi sığortalanmış olur. Şəhərdaxili qiymətlər məsafədən asılı olaraq 10-20 manat arasındadır. Demirik ki, yeyib-içməkdən qalın, deyirik ki, özünüzü və ətrafdakıları düşünün. Həyatınızı ayıq sürücüyə etibar edin! *1007 «Ayıq sürücü» xidməti 24 saat sizin xidmətinizdədir.

P.S. İnzibati Xətalar Məcəlləsi. Maddə. 152-1.1. – Sərxoş vəziyyətdə avtomobil idarə etməyin cəzası 300 manat cərimə ödəməklə və ya 6 aydan 1 ilə qədər sürücülük vəsiqəsindən məhrum olmaq kimi qiymətləndirilir.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh