Bakıda gecə saat 4-də diskoteka: Sakinlər NARAZIDIRLAR

Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 107 ünvanında yaşayan sakinlər ərazidə fəaliyyət göstərən "Elit Pub" adlı obyektin səs-küy yaratmasından narazıdırlar.
Avtosfer.az Baku TV-yə istinadən xəbər verir ki, sakinlər xüsusilə gecə saatlarında buradan gələn yüksək musiqi səsinin onların istirahətinə mane olduğunu deyirlər.
Onlar bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem həllini tapmayıb.
"Elə bil, diskoteka evin içərisindədir. Ömrüm burada keçib. Bu yaşımda evimdən didərgin düşməliyəm?!", - deyə sakin narazılığını dilə gətirib.
Vətəndaşların iddiasına görə, bəzi günlərdə obyektdəki yüksək səs gecə saat 3-4-ə qədər davam edir.
"Gecə saat 4-də aşağı düşüb saatı göstərmişəm. Demişəm ki, burada nə bazar açmısınız?! Ad günü, məclis adı ilə üzr istəyiblər", - deyə şikayətçi bildirib.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












