Bayraq Meydanında “Mustang” sürücüsü avtoşluq edib? – FOTOLAR

Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Bayraq Meydanında “Ford Mustang” markalı avtomobilin sürücüsü ilə polis əməkdaşları arasında baş verən insidentlə bağlı məhkəmə çəkişməsi davam edir. Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə gecə saat 00:45-də qeydə alınıb. Polis əməkdaşları xidmət apararkən 10 JJ 755 dövlət nömrə nişanlı “Ford Mustang” markalı avtomobilin 37 yaşlı sürücüsünün manevr və təkər səsləri çıxardığını eşidib və sürücüyə yaxınlaşıblar. Sürücü həmin an dostuna zəng edərək kömək istəyib. Avtomobilin ödənilməmiş cərimələrinin olması ilə bağlı protokol tərtib edilərək nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb.
Sürücü protokolun əsassız olduğunu bildirərək Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə protokolun ləğvi ilə bağlı qərar çıxarıb.
Bundan sonra Səbail Rayon Polis İdarəsi apellyasiya şikayəti verib və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, sürücüyə İXM-in 511.1.3-cü maddəsi (avtoxuliqanlıq) ilə inzibati həbs tətbiq olunmasını tələb edib.
Apellyasiya şikayətində polis göstərilib ki, videogörüntülərə əsasən sürücü avtomobili qəfil sürətləndirib, təkərlərin yol səthi ilə sürtünmə səsi çıxıb, yolun səthində izlər qalıb, avtomobil dairəvi hərəkət edərək təhlükə yaradıb.
Sürücü isə hərəkətinin avtoxuliqanlıq olmadığını, sadəcə ödəniş məntəqəsini tapa bilmədiyi üçün dönmə etdiyini deyib.
Birinci instansiya məhkəməsi sürücünün davranışının davamlılıq təşkil etmədiyi və avtoxuliqanlıq tərkibi yaranmadığı qənaətinə gəlib. Bakı Apellyasiya Məhkəməsi isə inzibati xətaya dair işə yenidən baxılması üçün materialı Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərib.



Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO
Sürücü keçiddəki piyadaya əhəmiyyət vermədən gəldiyi kimi getdi - VİDEO
Başqasının yolunu kəsdi; ötməyə çalışanda isə sürətlə önünə keçdi - 77-XV-003 - VİDEO
Zolağa sığmayan qadın sürücü iki dəfə qəza şəraiti yaratdı - VİDEO
Maşının qabağına keçən kuryer az qala qəzaya səbəb olacaqdı - VİDEO












