Bilmirsən meşədir, yoxsa şəhərin mərkəzi - Keçidin yaxınlığında yaşananlar - VİDEO

Bakıda piyadaların kütləvi şəkildə qayda pozuntuları kameraya düşüb. Avtosfer.az xəbər verir ki, görüntülər paytaxtın İstiqlaliyyət küçəsi və Xətai prospektində qeydə alınıb.
Belə ki, İstiqlaliyyət küçəsində qeydə alınan videodan görünür ki, piyadalar kütləvi şəkildə yolu nəzərdə tutulmayan yerdən keçirlər. Qeyd edək ki, 50 metr yaxınlıqda İçərişəhər metrosu yerləşir.
Metronun yanında isə yeraltı keçid mövcuddur. İnsanların yolu keçərək metroya tərəf getdiyi də aydın şəkildə görünür. Qeyd olunan keçid, piyadaların təhlükəsiz və rahat şəkildə yolu keçməsi üçün xüsusi olaraq inşa edilib. Buna baxmayaraq, vətəndaşlar avtomobillərin hərəkət etdiyi təhlükəli sahədən istifadə edərək həm özlərinin, həm də digər yol hərəkəti iştirakçılarının həyatını təhlükəyə atıblar. Halbuki, piyadalar səki boyunca hərəkət edərək təhlükəsiz şəkildə keçiddən istifadə edə bilərdilər.
Digər görüntüdə də oxşar qayda pozuntuları müşahidə edilib. Piyadalar yaxınlıqdakı yolayrıcından təhlükəsiz keçmək əvəzinə yol hərəkəti qaydalarını pozaraq hərəkət ediblər. Bu cür davranışlar, yol hərəkəti təhlükəsizliyi baxımından ciddi problemlərə və potensial qəzaların baş verməsinə səbəb ola bilər.
Yol hərəkətində iştirak edən hər bir şəxs qanunvericiliyin tələblərinə uyğun hərəkət etməklə həm öz təhlükəsizliyini, həm də ictimai nizam-intizamı qorumaq üçün məsuliyyət daşıyır.
Könül Rauf
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












