Bu formada park edilmiş avtomobillərin arxasında dayanmaq olar? - QANUN BELƏ DEYİR - VİDEO

Nəqliyyat vasitələrinin park edilməsi üçün bəzi küçələrdə cib tipli parklanma yerləri yaradılır. Bundan əlavə, geniş səki olan küçələrdə də müəyyən hissələr parklanma üçün nəzərdə tutulur. Bu zaman səkilərin bir hissəsi avtomobillərin dayanması üçün ayrılır və bu da piyadaların hərəkətinə maneə yaratmamaq şərti ilə təşkil edilir.
Bəzən sürücülər belə yerlərdə park edilmiş avtomobillərin yanında, yəni ikinci cərgədə dayanırlar. Onlar düşünürlər ki, yolda dayanmanı qadağan edən nişan yoxdursa burada dayanmaq olar. Qeyd edək ki, bu yanaşma kökündən yanlışdır.
Qanunvericiliyə görə, istər cib tipli, istərsə də səkinin bir hissəsində parklanan avtomobillərin yanında dayanmaq, nəqliyyat vasitəsinin ikinci cərgədə dayanması kimi qiymətləndirilir. Bu cür dayanma həm digər sürücülərə mane olur, həm də yolun daralmasına və tıxaclara səbəb ola bilər.
Qeyd edək ki, ikinci cərgədə dayanma-durma qaydasını pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsilə 2 bal 80 manat məbləğində cərimə oluna bilərlər.
Fərid
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO
Sürücü keçiddəki piyadaya əhəmiyyət vermədən gəldiyi kimi getdi - VİDEO
Başqasının yolunu kəsdi; ötməyə çalışanda isə sürətlə önünə keçdi - 77-XV-003 - VİDEO
Zolağa sığmayan qadın sürücü iki dəfə qəza şəraiti yaratdı - VİDEO
Maşının qabağına keçən kuryer az qala qəzaya səbəb olacaqdı - VİDEO












