Ərşad Hüseynov dizellə işləyən avtobus qadağasına etiraz etdi: "Bu absurd qərar ləğv olunmalıdır"

"Nazirlər Kabinetinin 2019-cu il 4 mart tarixli 73 nömrəli Qərarına əsasən, 2022-ci il yanvarın 1-dən (yəni 3 gündən sonra) Bakıda dizel mühərrikli avtobusların marşrut xətləri üzrə istismarı qadağan olunur. Şübhəsiz ki, bu, mükün deyil. Belə absurd və icrası real olmayan bir qərar olmamlıydı."
Avtosfer.az xəbər verir ki, bunu hüquqşünas Ərşad Hüseynov deyib. Onun sözlərinə görə,Bakıdakı bütün nəqliyyat problemlərinin əsas kökü ictimai nəqliyyatdadır. "Avtobus çatışmazlığı, mövcud avtobusların xeyli hissəsinin yarasız olması hər kəsə bəllidir. Belə olan halda normal nəqliyyat siyasəti yürüdülməli, marşrut şəbəkəsi genişlənməli və şaxələnməli, avtobus sayı artırılmalı, təhlükəsizlik və komfort yüksəldilməlidir. Bunun əvəzində belə absurd qərarlar qəbul edilməsi işləri xeyli ləngidir."
Ərşad Hseynov deyir ki, ilin sonuna qalan bu iki iş günündə NK-nın 73 saylı qərarının həmin bəndi ləğv edilməlidir. "Onsuz da bu bənd icra edilməyəcək, çünki icra edilsə, Bakı avtobussuz qalar. Ona görə də hüquqa və qanunvericiliyə hörmət edərək həmin bənd ləğv edilməlidir. Qüvvəyə minmə vaxtının uzadılması da mücərrəd olacaq, çünki aydın nəqliyyat siyasəti olmadığından onun nə vaxt real icra ediləcəyi heç kimə bəlli deyil.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












