İçi dolu sərnişinlə qırmızıda keçən avtobus sürücüsü təhlükəli anlar yaşatdı - VİDEO

Bakıda svetoforun qırmızı işığına məhəl qoymayan avtobus sürücüsü sürücü və sərnişinləri təhlükə altında qoyub. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 17-də Xətai rayonu, Məzahir Rüstəmov və Seyid Əzim Şirvani küçələrinin kəsişməsində baş verib. 36 saylı marşrut xətti üzrə fəaliyyət göstərən 90-HS-684 qeydiyyat nişanlı avtobusun sürücüsü qırmızı işığın yanmasına baxmayaraq yolayrıcına daxil olub. Bu zaman həm sağdan, həm də soldan gələn nəqliyat vasitələrinə mane olub.
Avtosfer.az-ın araşdırmasına görə həmin avtobusun icbari sığortası da mövcud deyil. Belə halda qaydaları pozan sürücü qəza törədən zaman vurduğu ziyanın əvəzini də ödəməyə çətinlik çəkəcək. Nəticədə günahsız sürücü hüquqi problemlərlə üzləşəcək.
Qeyd edək ki, daşıyıcı şirkət xoşagəlməz halların baş verməməsi üçün həm sürücülərin intizamlı olmağını ciddi şəkildə yoxlamalı, həm də avtobusların texniki vəziyyətini və onların icbari sığortasını vaxtlı-vaxtında yoxlamaldır.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












