Nişanlar arasında ziddiyət: Biri sağa, o birisi isə sola dön deyir - FOTO

Bakıda yol nişanları arasında olan ziddiyət sürücülərdə çaşqınlıq yaradır. Avtosfer.az xəbər verir ki, paytaxtın Həsən Əliyev küçəsinin kənar yolu ilə hərəkət edən sürücülər Atatürk prospekti ilə kəsişmədə hansı istiqamətə gedəcəklərini bilmirlər. Yolayrıcı qarşısında quraşdırılmış 4.1.2 nişanı bildirir ki, bu kəsişmədə hərəkət yalnız sağa təşkil edilib. Lakin ayırıcı zolaq üzərində quraşdırılmış 4.2.3 nişanı həm sağa, həm də sola hərəkət etməyə icazə verir. Bu isə həmin yoldan istifadə edən sürücülərdə çaşqınlıq yaradır. Yerdə olan 1.1 bütöv xəttinə görə sürücülərin əvvəldən hərəkət zolağını düzgün seçmələri üçün yaxşı olardı ki, 4.1.2 nişanı çıxarılsın və bir neçə metr əvvəldə 5.8.1 nişanı və 1.18 nişanlanması tətbiq edilsin. Belə olan halda anlaşılmazlıq aradan götürüləcək.
Onu da qeyd edək ki, bu kəsişmədə Atatürk prospekti ilə hərəkət edənlərlə trayektoriya kəsişmədiyi üçün yolayrıcı qarşısında quraşdırılmış 2.4 yol ver nişanı götürülməlidir.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












