Taksi duracağı zəbt olundu: Polis səfirlik maşınları ilə bağlı tədbir gördü - VİDEO

Məsələyə aydınlıq gətirən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib ki, sözügedən ərazidə taksilərin duracaq yerində saxlayan digər nəqliyyat vasitələrinin sürücüləri barəsində qanunamüvafiq tədbirlər görülüb.
"Yol hərəkəti haqqında" Qanunun (YHQ) 52-ci maddəsinə əsasən 5.14 "Minik taksilərinin duracaq yeri" yol nişanı quraşdırılan ərazi taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinin dayanması və durması üçün nəzərdə tutulub. Bu səbəbdən digər avtomobillərin həmin yol nişanının təsir zonasında dayanması və durması qadağandır. Bu cür hal öz növbəsində inzibati məsuliyyət yaradır və sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 346.6-cı maddəsinə əsasən 2 cərimə balı və 40 manat məbləğində cərimə tətbiq olunur", - deyə T.Nəsirli bildirib./oxu.az
***
Paytaxtın Xocalı prospektində, “Dəmirçi Plaza”nın qarşısında qayda pozan sürücülər görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, taksi sürücülərindən biri baş verən xoşagəlməz vəziyyəti lentə alaraq sosial şəbəkə hesabında paylaşıb.
Videodan göründüyü kimi, H 012 555 dövlət nömrə nişanlı “Toyota” markalı, “Audi” markalı, 77-VB-581 dövlət nömrə nişanlı “KIA” markalı və 90-PO-079 dövlət nömrə nişanlı “Changan” markalı avtomobillərin sürücüləri nəqliyyat vasitələrini taksilər üçün ayrılmış dayanacaqda saxlayıblar.
Şikayətçinin sözlərinə görə, bu hal ərazidə demək olar ki, hər gün təkrarlanır: “Dayanacaqda yad avtomobillər saxlandığı üçün taksi sürücüləri müştəri götürə bilmir. Biz taksi fəaliyyəti ilə məşğuluq, vergi ödəyirik, amma bu cür hallara görə işləmək mümkün olmur. Qayda pozan sürücülərlə bağlı müvafiq tədbirlərin görülməsini xahiş edirik”, – deyə o bildirib.
Nərmin
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO












