Ağdaşda yük maşınları toqquşdu: Ölən var - YENİLƏNİB

Qəzalar 28 Avqust 2026 11:48
Ağdaşda yük maşınları toqquşdu: Ölən var   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Ağdaşda yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi bilinib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu gün saat 07 radələrində Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində "Mercedes" markalı iki yük avtomobili toqquşub. Nəticədə "Mercedes Atego" markalı avtomobilin sürücüsü - 46 yaşlı Cabbar Cabbarov xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

Ağdaşda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Əmirarx kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Yolda hərəkətdə olan "Atego" markalı yük avtomobili idarəetməıni itirərək qarşıda eyni hərəkət zolağında olan TIR markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində "Ateco"nun sürücüsü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır./unikal

Oxunub : 140
ŞƏRH YAZ
Ad

E-mail

Şərh