Ağır yol qəzası: 3 nəfər ölüb

Rusiyanın Krasnodar diyarının Armavir şəhərində üç nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
“Bu gün Armavirdə “Qafqaz” magistralında “Kamaz” markalı yük maşınının sürücüsü işıqforun qarşısında dayanmış iki “Kamaz” markalı yük maşını və “Mercedes” markalı minik avtomobilinə çırpılıb. Nəticədə sürücü və avtomobildə olan iki sərnişin həlak olub”, - deyə məlumatda bildirilir.
Qəzanın təqsirkarı olan yük maşınının sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İdarənin məlumatına görə, faktla bağlı “Yol hərəkəti qaydalarını pozma ehtiyatsızlıqdan üç nəfərin ölümünə səbəb olduqda” maddəsi ilə cinayət işi açılıb.
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ
Azərbaycanda yol qəzalarının sayı azalıb: Bəs ölüm halları niyə yüksəkdir? - RƏY
Xırdalan dairəsində qəza: Moped “Chevrolet”lə toqquşub aşdı - VİDEO
Bərdədə tanınmış həkimin avtomobillə vurub öldürdüyü Fəridin FOTOsu
Qazaxda ikisi uşaq olmaqla dörd nəfərin öldüyü qəzanın səbəbi bu imiş... - VİDEO












