Avtobus yük maşını ilə toqquşub, ölən var

Bu gün Sumqayıt şəhərində sərnişin avtobusunun yük maşınına çırpılması nəticəsində ölən şəxsin avtobusun sürücüsü olduğu məlum olub. Lent.az-ın verdiyi məlumata görə, "Daevoo" markalı avtobusda olan daha 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda ölən və yaralananların adlarının dəqiqləşdirilməsi istiqamətində iş aparılır. Qəzadan sonra Sumqayıtı H.Z.Tağıyev qəsəbəsi ilə birləşdirən yolda nəqliyyatın hərəkəti çətinləşsə də, az sonra yol açılıb.
*****
17:41
Sumqayıt şəhərində ağır yol qəzası baş verib. Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol qəzası bu gün saat 17 radələrində Sumqayıt Texnologiya parkının yanında qeydə alınıb. 3 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu “SHACKMAN” markalı yük avtomobili ilə toqquşub. Polisdən qəza nəticəsində ölən və xeyli sayda yaralı oldu bildirilir.
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB
Qaradağda zəncirvari qəza: 4 maşın bir-birinə girdi - VİDEO
Ötmə qaydasını pozan sürücü qəza törətdi; sərnişin ÖLDÜ - VİDEO
Gəncədə qəza: “Mercedes” və “Chevrolet” toqquşdu - VİDEO
Yolda şou göstərən sürücü qəza törədib qaçdı; bir nəfər öldü - ANBAAN VİDEO
Prospektdə velokuryer “Mercedes”ə çırpılıb yerə sərildi - REAL VİDEO
Bakıda iki maşın TOQQUŞDU - Yoldan keçən PİYADA ÖLDÜ
Bakıda nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu: Yaralılar var - FOTO
Bu rayonda AĞIR QƏZA: Həyatını itirənlər var - YENİLƏNİB
66 yaşlı qadını maşın vurub ÖLDÜRDÜ












