Bakı-Şamaxı yolunda səhlənkarlıq: Təhlükəli vəziyyət qəzaya səbəb oldu - VİDEO

Bakı-Şamaxı yolunda aparılan təmir işləri sürücülərin qəzaya düşməsi ilə nəticələnib. Həmin yolda hərəkət edən sürücülərdən biri qeydə aldığı videogörüntünü redaksiyamızın elektron ünvanına göndərib. Avtosfer.az xəbər verir ki, Şamaxıdan gələn istiqamətdə təmir getdiyi üçün sürücülər hərəkət hissəsinin əks tərəfinə keçib. Bu zaman Bakıdan Şamaxıya doğru yüksək sürətlə hərəkət edən avtomobillərin qarşısına çıxaraq yol nəqliyyat hadisəsi baş verib. Belə ki, görüntünü qeydə alan sürücü qarşıdan gələn 37-BB-033 qeydiyyat nişanlı “Niva” markalı avtomobili görən anda dərhal sağ zolağa yerdəyişmə edərək qəzadan yayına bilib. Lakin onun arxasınca gələn 99-SL-053 qeydiyat nişanlı “VAZ-21099” markalı avtomobilin sürücüsü özünü itirərək “Mercedes” markalı avtomobillə toqquşub.
Videonu qeydə alan sürücü iddia edir ki, yolda təmirin getməsini və yolun ikitərəfli olmasını bildirən müvəqqəti nişanlar olmayıb.
Təbriz
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB












