Bakıda iki piyadanı keçidin üstündə maşın vurdu - VİDEO

Aparılan maarifləndirmə və praktiki tədbirlər nəticəsində paytaxt ərazisində piyadaların çox hissəsinin piyada keçidlərindən keçməsinə baxmayaraq, bəzi sürücülər ya onlara yol vermir, ya da qəza şəraiti yaradırlar.
Avtosfer.az xəbər verir ki, bu cür sürücülər yüksək sürətlə avtomobili idarə etməklə yanaşı, qarşıda piyada keçidinin olduğunu bildirən nişanlara da diqqət etmirlər. Təəssüflər olsun ki, belə olduğu təqdirdə bəzən keçiddən istifadə edən piyadaları avtomobil vurur.
Müşahidə kameralarının qeydə aldığı iki yol-nəqliyyat hadisəsi bir neçə gün əvvəl Nəsimi rayonu, Səməd Vurğun küçəsi, "Zabitlər" parkının qarşısında və Səbail rayonu, Bünyad Sərdarov və Lermontov küçələrinin kəsişməsində baş verib. Həm sürücülərə, həm də piyadalara müraciət edərək bildiririk ki, sürücülər ilk növbədə sürət həddinə əməl etməklə yanaşı, qarşıda piyada keçidlərinin olduğunu bildirən nişanlara diqqət yetirməli, piyadaların keçiddən tam keçdiyinə əmin olduqdan sonra yollarına davam etməlidirlər.
Piyadalara gəldikdə isə tövsiyə edirik ki, keçidlərə yaxınlaşdıqda nəqliyyat vasitələrinin onlara yol verməsinə əmin olduqda, bir sözlə yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra yolu keçsinlər.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












