Bakıdakı ağır qəzada xəsarət alanların SON DURUMU - VİDEO - YENİLƏNİB

Bakının Nizami rayonunun Elşən Süleymanov, 120 ünvanında baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan verilən məlumatda bildirilir ki, xəsarət alan hər iki vətəndaşın vəziyyəti orta-ağır qiymətləndirilir.
"Ötən gecə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alaraq, İnstituta gətirilən 19 yaşlı oğlan sol bud sümüyünün orta üçdəbirinin yer dəyişən, sol qamış sümüyünün yuxarı üçdəbirinin açıq yerdəyişmiş sınıqları, sol baldırın çoxsaylı əzilmiş, cırılmış yaraları ilə daxil olub. Hazırda vətəndaşın reanimasiya şöbəsində müalicəsi davam edir.
17 yaşlı digər oğlan isə sağ bud sümüyünün üçdəbirinin çəp yerdəyişən sınığı ilə daxil olub. Hazırda travma şöbəsində müalicəsi davam edir. Xəsarət alan hər iki vətəndaşın vəziyyəti orta-ağır qiymətləndirilir", - deyə məlumatda vurğulanır.
***
Ötən gün Bakının Nizami rayonunun Elşən Süleymanov, 120 ünvanında baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlarla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Qurumdan bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 03.09.2024-cü il tarixində saat 21:07-də Bakının Nizami rayonu, Elşən Süleymanov küçəsi ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.
"Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 17 və 19 yaşlı 2 nəfər (kişi cinsli) müştərək travmalarla Elmi-Tədqiqat Travmatologiya İnstitutuna hospitalizasiya olunub", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, ötən gün Nizami rayonunun Elşən Süleymanov küçəsində "Hyundai Elantra" markalı avtomobilin hərəkətdə olan motosikleti vurması ilə bağlı videogörüntü sosial şəbəkələrdə paylaşılmışdı.
(oxu.az)
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












