İki azyaşlı nəvəsini itirən babadan sürücülərə ÇAĞRIŞ - Nişan qoyulmalıdır - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Lənkəranda məktəblilərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Hərəkətdə olan "Mercedes" markalı avtomobil məktəbə gedən şagirdlər – 2017-ci il təvəllüdlü Gülay Əlizadə və 2016-cı il təvəllüdlü Ramid Əliyevi vurub.
Uşaqlar ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsalar da, onların həyatını xilas etmək mümkün olmayıb.
Avtosfer.az xəbər verir ki, mərhum bacı-qardaşın babası hadisənin detallarını açıqlayıb.
Qəzada nəvələrini itirən baba hadisədən sonra çətinliklə də olsa, televiziyalara açıqlama verib.
“Dövlət qurumlarından xahiş edirəm. Bu yol barədə tədbir görsünlər. Burada artıq neçənci dəfədir ki, yol-nəqliyyat hadisəsi baş verib. Yol nişanları qoyulmalıdır. “Mercedes”in sürücüsü sürət həddini aşdığına görə qəza törədib. Uşaqlar səhər məktəbə gedirdi, evlə məktəbin arasında 300 metr məsafə var. Elə evdən 200 metr aralıda hadisə baş verib”
Ucarda ard-arda iki “Chevrolet” qəzaya düşdü - VİDEO
Qarşısına çıxan “KIA”dan yayınan yük maşını divara çırpıldı - ANBAAN VİDEO
İki rayonda piyadaları maşın vurub öldürdü - ANBAAN VİDEO
Qoyun daşıyan yük maşını yolun ortasına aşdı - VİDEO
Əhməd Rəcəblidə AĞIR QƏZA: Avtomobillərə ciddi ziyan dəydi - VİDEO
Bakıda "Karl Maks"da növbəti qəza: Avtomobillər toqquşdu - VİDEO
Naxçıvanda qəza: 6 nəfər xəsarət alıb - FOTO
Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb - VİDEO
Sumqayıtda DƏHŞƏTLİ QƏZA - Sabah toyu olacaqdı...
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO












