Kürdəmirdə "Toyota" aşdı: Xəsarət alanların son durumu AÇIQLANDI - FOTO - YENİLƏNİB

"Kürdəmir-Zərdab yolunun Çöl Ərəb kəndindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb".
Bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.
"Bu gün saat 11 radələrində Kürdəmir-Zərdab yolunun Çöl Ərəb kəndindən keçən 1-ci kilometrliyində, Elbrus Əsədovun idarə etdiyi "Toyota" markalı, 90-VC-490 dövlət qeydiyyat nişanlı avtomobil Zərdab istiqamətində hərəkətdə olarkən arxa təkərlərdən birinin partlaması nəticəsində idarəetmədən çıxaraq yol kənarına düşüb. Qəza nəticəsində xəsarət alan sürücü və qardaşı Elman Əsədov tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır", - deyə qurum rəsmisi bildirib.
***
"Kürdəmirdə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs ambulator müalicə üçün evə buraxılıb".
Avtosfer.az xəbər verir ki, bu məlumatı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) verib.
"4 sentyabr tarixində saat 12:00-da Kürdəmir rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 1975-ci il təvəllüdlü (kişi cinsli) şəxs təcili tibbi yardım vasitəsilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona başın sıyrığı, döş qəfəsinin küt travması diaqnozu təyin edilib. Xəsarət alan şəxsə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb", - deyə qurumdan bildirilib.
(oxu.az)
***
12:17
Kürdəmirdə ağır yol qəzası baş verib, xəsarət alanlar var.
Avtosfer.az xəbər verir ki, hadisə Zərdab-Mollakənd yolunun rayonun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Toyota" markalı avtomaşın Zərdab rayonu istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və avtomobil yol kənarına aşıb.
Nəticədə avtomobildə olan sürücü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Hazırda faktla bağlı araşdırma aparılır.
(bizim.media)
Şahbuzda ağır qəza - 3 ölü, 9 yaralı var
Aydında polis avtomobili ilə minik maşını toqquşub: İki yaralı - FOTO
Badamdar şosesində “Prius” bordürdən-bordürə çırpıldı - ANBAAN VİDEO
Skuter sürücüləri ilə bağlı təhlükəli görüntülər YAYILDI - DİN-dən XƏBƏRDARLIQ - VİDEO
Yanacaq daşıyan avtomobil qəza törətdi - FOTO - VİDEO
Özəl klinikanın ambulansı qəzaya düşdü - VİDEO
32 ton tutumu olan maşına 66 ton yük yığdılar - Yol polisi SAXLADI - VİDEO
DYP Bakıda qadının öldüyü qəzanın videosunu yaydı - ANBAAN VİDEO
Avtomobil şəhid abidəsinə çırpıldı - VİDEO
Bakıda ağır qəza: Ölən var
Bakıda yolu keçən qadını maşın vurub öldürdü - FOTO















