Motosikletçini sıxışdırıb qəza təhlükəsi yaratdı - 77-QF-251 - VİDEO

Paytaxtda qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl axşam saatlarında qeydə alınıb. Kadrlardan görünür ki, 77-QF-251 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobilin sürücüsü yol kənarında yerləşən marketin həyətinə daxil olmaq istəyərkən manevr qaydalarını pozub.
Belə ki, sürücü sağ zolaqda hərəkətdə olan motosikletçiyə yol vermədən həmin zolağa keçməyə cəhd edib. Nəticədə motosikletçi qəza təhlükəsi ilə üzləşib.
Hadisədən sonra motosikletçi sürücünün hərəkətinə etiraz edərək bildirib ki, dönmə manevri edərkən hərəkətdə olan nəqliyyat vasitələrinin yolunu kəsmək yolverilməzdir. Onun sözlərinə görə, belə hallarda sürücü təhlükəsiz şərait yarandıqdan sonra manevr etməli və digər hərəkət iştirakçılarına maneə yaratmamalıdır.
Nərmin
Qubada ağır qəza: "VAZ" işıq dirəyini aşırdı - VİDEO
Cəlilabadda “Toyota” aşdı - Yaralılar var - FOTO
Prospektdə “Hyundai” “Mercedes”ə çırpıldı – Təlimçi səbəbi açıqladı - VİDEO
Kobud qayda pozuntusu 4 nəfərin həyatına son qoydu - DYP görüntüləri YAYDI - VİDEO
Salyanda qəzada ölənlərin FOTOsu
Körpüdə ağır yol qəzası; 3 maşın bir-birinə çırpıldı - VİDEO
Qubada “VAZ” dirəyə çırpılıb, xəsarət alan var
Salyanda "Prado" "06" ilə toqquşdu; ölənlər və xəsarət alanlar var - ADLAR - FOTO - VİDEO
Bakı-Qazax yolunda 2 "TIR" aşıb - VİDEO
İsmayıllıda idarəetmədən çıxan avtomobil quyuya düşdü - VİDEO
Hövsanda zəncirvari qəza: Yük maşını avtobus və “BYD”ə çırpıldı - VİDEO










