Pakistanda qatarlar toqquşub, 36 nəfər həlak olub, 50 nəfər xəsarət alıb - FOTO - VİDEO

Pakistanda iki qatarın toqquşması nəticəsində həlak olanların sayı 36 nəfərə çatıb. Report xəbər verir ki, bu barədə “Samaa TV” telekanalı xilasedicilərə istinadən məlumat yayıb. Məlumata görə, qəza zamanı 14 vaqon çevrilib. Eyni zamanda 8 vaqon tamamilə sıradan çıxıb.
Qeyd edək ki, hadisə ölkənin cənubunda qeydə alınıb. Sərnişin qatarları Sind əyalətində, Qotki rayonunda dəmiryol stansiyasında toqquşub.

07:20
Pakistanda iki qatar toqquşub.
Report xəbər verir ki, bu barədə yerli "ARY News" telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə ölkənin cənubunda qeydə alınıb. Qəza nəticəsində azı 30 nəfər həlak olub.
Telekanalın məlumatına görə, sərnişin qatarları Sind əyalətində, Qotki rayonunda dəmiryol stansiyasında toqquşub. Dəmiryol idarəsinin nümayəndəsi qeyd edib ki, relsdən çıxmış qatar digər qatara çırpılıb.
Yerli hakimiyyət orqanının təmsilçisi Usman Abdulla qəza zamanı azı 30 nəfərin öldüyünü təsdiqləyib. O, qeyd edib ki, daha bir neçə nəfər vaqonların dağıntıları altında qalıb.
TV9 Hindi telekanalı isə bildirib ki, qəza zamanı 33 nəfər həlak olub, daha 50 nəfər xəsarət alıb.
Hadisə yerinə polis və xilasedicilər cəlb edilib. Qatarların toqquşmasından sonra bu ərazidə qatarların hərəkəti dayandırılıb.
Bakıda DƏHŞƏTLİ qəza baş verdi - Ölən var - FOTO
Yevlaxda yük maşını "VİTO" ilə toqquşdu - Ölən və yaralanan var - FOTO
İsmayıllıda ağır qəzada 4 nəfər yaralandı: Traktor ikiyə bölündü - VİDEO
Bakıda ağır qəza baş verdi
Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - TƏFƏRRÜAT - VİDEO
Zabratda “Chevrolet” yandı, alov yanındakı maşına da keçdi - VİDEO
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO
Vəsiqəsiz sürücü qəza törətdi; özü öldü, ailənin 5 üzvü xəstəxanalıq oldu - VİDEO
Sabunçuda AĞIR QƏZA: Ölən var
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır











