Qaxda "Toyota" 20 metr hündürlükdən dərəyə düşdü - Xəsarət alan var - VİDEO

Qəzalar 24 İyun 2026 21:27
Qaxda "Toyota" 20 metr hündürlükdən dərəyə düşdü - Xəsarət alan var - VİDEO
WhatsApp kanalımıza abunə olun

Qaxda avtomobil 20 metr hündürlükdən dərəyə düşüb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Qax-İlisu avtomobil yolunun İlisu kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, "Toyota" markalı avtomobil sərt döngədə idarəetməni itirərək maşını 20 metr dərinlikdə olan dərəyə aşırıb. Məlumata görə, hadisə zamanı 1 nəfər xəsarət alıb və Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda əraziyə polis əməkdaşları cəlb olunub, avtomobilin dərədən çıxarılması istiqamətində işlər aparılır.

FOTO QALEREYA
Oxunub : 196
ŞƏRH YAZ
Ad

E-mail

Şərh