Qırmızıda keçən sürücü ağır qəza törətdi: Maşınlar səkiyə çırpıldı - VİDEO

Dövlət Yol Polisi İdarəsi yol nəqliyyat hasisələrinin statistikası ilə bağlı açıqlamalarda qeyd edir ki, ən çox qəzalar yolayrıclarında baş verir. Belə ki, bəzi sürücülər svetoforun qadağanedici işığının son saniyələrində və ya yaşıl işıq yanan kimi yolayrıcına daxil olurlar. Eyni prosesi digər tərəfdən gələn sürücülər də edirlər. Nəticədə qəzalar qaçılmaz olur.
Eyni zamanda qırımızı işıqda keçən sürücülər də az deyil. Belə ki, yüksək sürətlə hərəkət edən zaman işıqforun qadağanedici işığının son saniyəsi olduğunu görsə də “keçərəm” fikri ilə qayda pozaraq yolayrıcına daxil olurlar. Nəticədə digər tərərfdən gələn avtomobillə toqquşurlar.
Təqdim edəcəyimiz videodakı qəza hadisəsi bir müddət əvvəl baş verib. Belə ki, paytaxtın Füzuli küçəsi ilə hərəkətdə olan sürücü svetoforun qırmızı işığında dayanmadan yüksək sürətlə yolayrıcına daxil olub. Bu zaman Bülbül prospekti ilə hərəkət edən avtomobilə çırpılaraq ağır qəza törədib. Zərbənin təsirindən hər iki sürücü idarəetməni itirərək səkiyə çıxıb. Yeraltı keçiddən çıxan piyadaların həyatı təhlükə altında qalsa da, xoşbəxtlikdən heç bir hadisə baş verməyib.
Qeyd edək ki, hadisənin baş verdiyi ərazidə park yerləşir və insanların intensiv hərəkəti var.
Könül Rauf
Bakıda ara məsafəsini gözləməyən sürücü öndəki avtomobili vurdu - VİDEO
Əyləclə qazı səhv salan xanım sürücü maşını aşırdı - VİDEO
Qəzaya səbəb olub bir neçə avtomobilə ziyan vuran sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Bu ölkədə hər 3 dəqiqədə 1 nəfər yol qəzalarında həyatlarını itirir - FOTO - VİDEO
Skuter və motosiklet toqquşdu; hər iki sürücü ağır yaralandı - VİDEO
Paytaxtda “QAZel”in yük yeri dağıldı, kartoflar yola səpələndi - VİDEO
Bakıda “KamAZ”la toqquşan avtomobil aşdı - ANBAAN VİDEO
Qəzaya səbəb olan polis avtomobilinin sürücüsü hadisə yerindən qaçdı - VİDEO
Xaçmazda iki maşın toqquşdu, bir nəfər xəstəxanalıq oldu - VİDEO
İsmayıllıda ağır qəza: ÖLƏN VAR - FOTO
Sabirabadda ağır yol qəzası baş verib - 3 ölü, 5 yaralı - FOTOLAR









