Xəzərdə ağır qəza: Avtobus dayanmış yük maşınına çırpıldı - VİDEO - YENİLƏNİB

Bu gün səhər saatlarında qəzaya düşən 107 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən avtobus "Çinar Trans" MMC şirkətinə məxsus olub.
Avtosfer.az-ın məlumatına görə, Oxu.Az-a açıqlama verən sözügedən şirkətin direktoru İsmayıl Hüseynov bildirib ki, hadisə bu gün avtobusun hələ marşruta çıxmadığı vaxtda baş verib.
"Hadisə xətdənkənar vaxtda, sürücünün qarajdan çıxıb işə getdiyi zaman baş verib. Sürücü yolun sağında dayanan yük maşınınını görməyib, görəndə isə artıq gec olub. Bu, 107 nömrəli xətt üzrə hərəkət edən avtobusdur. Hadisə vaxtı avtobusda sürücüdən başqa heç kim olmayıb. Xəsarət alan yoxdur. Yalnız avtobusa maddi ziyan dəyib. Hadisədən sonra sürücü avtobusu özü idarə edərək qaraja gətirib. Avtobuslarda mühərrik arxa hissədə yerləşdiyi üçün texniki baxımdan ciddi problem yaranmayıb. Yalnız avtobusun üst hissəsi və ön şüşəsi zədələnib", - deyə İ.Hüseynov bildirib.
***11:36
Bakıda sərnişin avtobusunun yük maşınına çırpılması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub.
Avtosfer.az xəbər verir ki, hadisə bu gün saat 05:10-da qeydə alınıb.
Hidayət Seyidmiri oğlu Fəttahovun idarə etdiyi "Iveco" markalı, 99-JX-260 dövlət nömrə nişanlı sərnişin avtobusu MAN markalı yük avtomobilinin qoşqusuna çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb./oxu.az
***09:39
Bu gün səhər saatlarında Bakı şəhərinin Xəzər rayonu ərazisində marşrut avtobusu qəzaya uğrayıb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, “Çinar Trans” MMC-yə məxsus olan “İveco” markalı iritutumlu avtobus yolun kənarında dayanmış yük avtomobilinə çırpılıb.
Nəticədə avtobus tamamilə yararsız hala düşüb. Xoşbəxtlikdən hadisə vaxtı avtobusda sərnişin olmayıb.
Könül Rauf
Bakı-Şamaxı yolunda yük maşını aşdı - VİDEO - YENİLƏNİB
Oğuzda ağır qəza: ÖLƏN VAR - FOTO - YENİLƏNİB
Hövsanda ağır QƏZA: Ölən var - VİDEO
Pambıq tarlasına gedirdi, sükan arxasında öldü - FOTO
Şəmsi Səmədzadə ağır qəza keçirdi: Eksklüziv FOTOLAR
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi - FOTO
Hansı halda hadisə yerini tərk etmək olar? - DİN-dən İZAH - VİDEO
Ağır qəza BAŞ VERDİ: ÖLƏN VAR
Maşının arxasından qəfil əks yola çıxan sürücü qorxulu anlar yaşatdı - VİDEO
Düzgün dönə bilməyən sürücü dayanmış maşını vurub qaçdı - VİDEO
Binədə döngəyə yüksək sürətlə girən yük maşını aşdı - VİDEO










