"20 Yanvar" keçidindəki ticarət obyektləri niyə açılmır? - "Müəmmalı" qadağa

Bakı metrosunun "20 Yanvar" stansiyasının yeraltı keçidində on illərdir fəaliyyət göstərən sahibkarlar 17 aydır ki, səbəbsiz yerə işsiz qaldıqlarını iddia edirlər. Avtosfer.az xəbər verir ki, 1998-ci ildən fəaliyyət göstərən “Klassik Aİ LTD” MMM-in ticarət sahələri COP29 tədbirləri bəhanə gətirilərək bağlansa da, tədbirdən aylar keçməsinə baxmayaraq hələ də açılmasına icazə verilmir.
Göz linzalarından kosmetik vasitə kimi istifadə yanlışdır – Oftalmoloqdan AÇIQLAMA
Şirkət rəhbərliyi və işçiləri bildirir ki, Bakı şəhəri İcra Hakimiyyət əməkdaşları tərəfindən heç bir rəsmi bildiriş verilmədən dayandırılan fəaliyyət artıq ciddi iqtisadi və mənəvi böhrana səbəb olub. Sahibkarın sözlərinə görə fəaliyyətin bərpası üçün Prezident Administrasiyası daxil olmaqla bütün aidiyyəti dövlət qurumlarına müraciət edilib. Maraqlısı budur ki, bir çox səlahiyyətli qurumlar ticarət fəaliyyətinin bərpasında heç bir problemin olmadığına dair müsbət rəy versələr də, faktiki olaraq işə başlamaq istəyən sahibkarlar hər dəfə müqavimət ilə üzləşirlər.
Şirkət rəhbərliyi hesab edir ki, bu problem süni şəkildə yaradılıb və bəzi məmurların qərəzli yanaşmasından qaynaqlanır. Məsələnin əhəmiyyəti ondadır ki, bu cür hallar ölkədə sahibkarlıq mühitinin inkişafına mane olur və Prezidentin ictimai nəzarət çağırışlarına dəstək verən vətəndaşların fəaliyyətinə kölgə salır. 17 aydır bağlı qalan müəssisə vergi, sosial sığorta və dövlət əmlak xidməti qarşısında öhdəliklərini yerinə yetirə bilmədiyi üçün əlavə sanksiyalarla üz-üzə qalıb. Bir ildən artıq davam edən bu "qeyri-rəsmi" qadağa onlarla ailənin çörək pulundan məhrum olması deməkdir.
Müəssisənin bağlı qalması təkcə sahibkarın itkisi deyil, həm də dövlət büdcəsinə ödənilməli olan vergilərin kəsilməsi və onlarla vətəndaşın işsizliklə mübarizə aparmasıdır.
Qeyd edək ki, "Klassik Aİ LTD" MMM-in işçi heyəti yaxın günlərdə fəaliyyətlərini bərpa etmək üçün aidiyyəti nazirliklərə və Bakı şəhər rəhbərliyinə sonuncu dəfə kollektiv müraciət ünvanlayıblar.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












