Abşeronda yağışın yaratdığı fəsadlar aradan qaldırılır - FOTOLAR

Son günlər yağan güclü və normadan artıq yağıntıların fəsadlarının aradan qaldırılması istiqamətində Abşeron rayonunda işlər davam etdirilir. Avtosfer.az xəbər verir ki, görülən işlər Abşeron Rayon İcra Hakimiyyəti, yerli bələdiyyələr, FHN-nin və ADSEA-nın texnika və işçi qüvvələri cəlb edilməklə yaranmış problemin miqyası və prioriteliliyi əsasında mərhələli şəkildə davam etdirilir.
Qəsəbələrarası və məhəllədaxili yollar su kütləsindən təmizlənib, nasosxanaların fəaliyyəti bərpa edilmiş və gücləndirilib. Hazırda qəsəbədaxili çökək ərazidə yerləşən küçələrdə və ayrı-ayrı ünvanlarda fərdi yaşayış evlərinin həyətlərindən suyun kənarlaşdırılması, göllərin suyunun səviyyəsinin tənzimlənməsi və bənd vurulması, prospekt və küçələrdə təmizlik işlərinin görülməsi həyata keçirilir.
Bundan əlavə dövlət balansında olan binalarda vəziyyətin kritik həddə çatmaması üçün tədbirlər görülüb, zirzəmilərə yığılmış suyun kənarlaşdırılması işləri davam etdirilir. Müraciətləri əsasında fərdi sahibkarlar tərəfindən inşa edilmiş və idarəçiliyi özəl şirkətlərdə olan çoxmənzilli yaşayış binalarına da dəstək verilib, əlavə nasoslar cəlb edilib.
Bildirilir ki, mətbuatda işıqlandırılmış Xırdalan şəhəri, Mehdi Hüseynzadə 26 ünvanda qeyd edilən çoxmənzilli yaşayış binaları AAAF İnşaat MMC tərəfindən inşa edilmiş və MMC-nin öz idarəçiliyində olan binalardır. Sakinlərin müraciəti əsasında RİH və ADSEA-nin yerli qurumu tərəfindən binalara və zirzəmilərinə baxış keçirilib. Baxış zamanı aydın olub ki, zirzəmidə yığılan suyun mənbəyi həm yağan intensiv yağış suyu, həm də binaların mərkəzi kanalizasiya xətlərinin nasaz olması və bunanın dam hissəsindən yağış suyunu kənarlaşdıran boruların zirzəmilərə yönləndirilməsidir. Belə ki, zirzəmidə binanın mərkəzi kanalizasiya xətlərində çoxlu sayda axıntı aşkar edilib.
Bununla yanaşı zirzəmilərdə və zirzəmi girişlərində sakinlər tərəfindən atılmış xeyli məişət tullantıları müşahidə olunub. MMC rəhbərliyi əraziyə dəvət edilib, aşkar olunmuş nöqsanlar bildirilib, nasazlıqların aradan qaldırılması, ərazinin və zirzəmilərin təmiz saxlanması ilə bağlı sakinlərlə profilaktik söhbət aparılması və təmizliyə ciddi nəzarət edilməsi, MMC tərəfindən sanitar-gigiyenik qaydalara riayət olunması barədə xəbərdarlıq edilib, əks təqdirdə inzibati tənbeh tətbiq ediləcəyi bildirilib.
Bununla yanaşı zirzəmilərdə yığılmış suyun kənarlaşdırılmasının sürətləndirilməsi məqsədilə RİH və ADSEA-nin yerli qurumu tərəfindən qeyd edilən ünvana əlavə pompa və nasoslar cəlb edilmiş, xətlərin yuyulması işləri həyata keçirilib. Həmçinin Abşeron Abadlıq və Kommunal Xidmətlər İdarəsinin texnika və işçi qüvvəsi cəlb edilmiş, ərazi və zirzəmilərin təmizlənilməsi istiqamətində işlər aparılır.













Ailədaxili gərginlik necə zorakılığa çevrilir? - Psixoloq AÇIQLADI
Azərbaycanda gediş haqqı sistemi dəyişə bilər - BELƏ OLACAQ
Taksiyə 375 manat icbari sığorta haqqı niyə gəlib? - AÇIQLAMA
Küçə itləri şagirdlərə hücum etdi - Təhlükəli vəziyyət - VİDEO
"Bunlar səhər qazır, axşam da asfalt vurur" - Ona görə də ... - Elməddin Muradlı
Paytaxtda daha 5 yolda təmir işləri aparılacaq - Sürücülərin diqqətinə!
Bu marşrutda gedişhaqqı azaldılıb? - FOTOFAKT
Bulud dağıdan toplardan niyə istifadə etmirik? - Axırıncı dəfə Sovet dövründə...
Üstünlüyün piyadalarda olduğu şəhər modeli hansı prinsiplərə əsaslanır? - VİDEO
Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? - Çexiya təcrübəsi öyrənilir
Azərbaycanda kommunal xidmətlər yenidən bahalaşacaq? - VACİB AÇIQLAMA








