Artıq ödənilən əməkhaqqı ilə bağlı QAYDALAR

Azərbaycanda əmək münasibətləri çərçivəsində işçi və işəgötürən arasında yaranan maliyyə məsələləri bəzən mübahisəli situasiyalara səbəb olur. Xüsusilə əməkhaqqının düzgün hesablanmaması və işçiyə artıq məbləğin ödənilməsi hallarında tərəflərin hüquq və vəzifələrinin necə tənzimləndiyi aktual mövzulardan biridir.
Bəs işçiyə artıq ödənilmiş əməkhaqqının sonradan geri tutulması qanunvericiliyə əsasən mümkündürmü?
Avtosfer.az bildirir ki, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Hüquq Departamentinin müdiri, vəkil Fuad Məmmədov bildirib ki, qanunvericiliyə əsasən işçiyə artıq ödənilmiş əməkhaqqının sonradan tutulması hər zaman mümkün deyil.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 175-ci maddəsinin 3-cü bəndinə əsasən, riyazi hesab səhvləri nəticəsində artıq ödənilmiş məbləğ yalnız ödənişin verildiyi gündən etibarən 1 ay müddətində işçidən geri tələb oluna bilər. Bu müddət keçdikdən sonra həmin vəsaitin tutulması qanunsuz hesab olunur. Vəkil qeyd edib ki, əgər işəgötürən 1 aylıq müddət başa çatdıqdan sonra işçinin əməkhaqqından hər hansı məbləği tutarsa, işçi bu haldan şikayət etmək hüququna malikdir. Belə hallarda vətəndaşlar Azərbaycan Respublikasının Dövlət Əmək Müfəttişliyi Xidmətinə və ya məhkəməyə müraciət edə bilərlər.
Mütəxəssis vurğulayıb ki, bu kimi hallarda həm işəgötürənlərin, həm də işçilərin qanunvericiliyin tələblərini dəqiq bilməsi və onlara riayət etməsi mümkün hüquqi mübahisələrin qarşısının alınmasında mühüm rol oynayır.
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı
Metro ilə bağlı şad xəbər - Bu tarixdə...
Avtobuslarda məsafəyə görə ödəniş: Bakıda necə xidmət göstərəcək?
Bakıda metro ilə bağlı QƏRAR - Sərnişinlərin diqqətinə!
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI












