Azərbaycanda bu vəzifələr boş saxlanılır - SİYAHI

Hazırda Azərbaycanın rayon və şəhər icra hakimiyyəti başçılarının 64 müavini yeri boşdur. Avtosfer.az bildirir ki, “Yeni Sabah”ın araşdırmasına görə, ən çox vakant yer Bakı Şəhər İcra Hakimiyyətində və paytaxtın Xətai rayonundadır. Ştat cədvəlinə əsasən, Bakı icra başçısının 4 müavini olmalıdır. Hazırda Eldar Əzizovun yalnız bir müavini var – Ayaz Hüseynov. Üç vəzifə isə xeyli müddətdir boşdur. Xətainin icra başçısının da 3 müavini olmalıdır. Hazırda icra başçısı Rafiq Quliyev müavinsiz işləyir. Ümumilikdə, vakant müavin yerləri 46 rayon və şəhəri əhatə edir.
Bunlar aşağıdakılardır:
Bakı Şəhər İcra Hakimiyyəti – Üç müavin vəzifəsi vakantdır.
Xətai Rayon İcra Hakimiyyəti – icra başçısının üç müavinindən heç biri yoxdur.
Ağdam, Balakən, Bərdə, Cəlilabad, Gəncə, Xızı, İmişli, Kürdəmir, Oğuz, Zərdab, Bakı şəhərinin Nərimanov, Qaradağ, Naxçıvan Muxtar Respublikasının Şahbuz, Culfa rayonlarının hər birində icra başçısının iki müavini yeri boşdur. Bu rayonlarda icra başçılarına ümumilikdə 28 müavin təyin edilməlidir.
Beyləqan, Cəbrayıl, Şirvan, Füzuli, Gədəbəy, Göyçay, Hacıqabul, Göygöl, Xocavənd, İsmayıllı, Kəlbəcər, Qax, Qazax, Qəbələ, Qusar, Qubadlı, Laçın, Lerik, Masallı, Neftçala, Saatlı, Samux, Salyan, Şəki, Tərtər, Bakı şəhərinin Nəsimi, Binəqədi, Naxçıvan Muxtar Respublikasının Şərur, Kəngərli, Sədərək rayonlarının hər birində icra başçılarının bir müavini vəzifəsi vakantdır. Ümumilikdə 30 müavin.
Qeyd edək ki, qanunvericiliyə əsasən, rayon və şəhərlərdə icra başçısı müavinlərini icra başçısı vəzifəyə təyin və vəzifədən azad edir.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












