Azərbaycanda gənc hərbi çağırış zamanı şok hadisə ilə üzləşdi - VİDEO

Hərbi çağırış zamanı psixiatrik müayinədən keçən vətəndaş illər sonra gözlənilməz problemlə üzləşib. Onun iddiasına görə, heç vaxt stasionar müalicə almadığı halda, elektron sistemdə 34 gün Psixiatriya Xəstəxanasında yatdığı qeyd olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
"2024-cü ilin iyun ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə çağırıldım. Bədənimdəki döymələrə görə məni Maştağadakı Psixiatriya Xəstəxanasına göndərdilər. Orada analiz verdim, komissiyanın toplanması üçün 34 gün sonraya vaxt təyin etdilər. Həmin tarixdə sağlam olduğum təsdiqləndi. Lakin indi işə düzəlmək üçün sağlamlıq arayışı alanda problem yaşayıram. Sistemdə 34 gün xəstəxanada yatdığım görünür, halbuki mən orada cəmi bir neçə saat olmuşam", - deyə şikayətçi bildirib.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən qeyd olunub ki, vətəndaş 2024-cü il iyunun 25-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin göndərişi ilə Respublika Psixiatriya Xəstəxanasının Gündüz stasionarı şöbəsinə qəbul edilib:
"Növbəlilik prinsipinə əsasən, o, 29 iyul 2024-cü il tarixində həkim-psixiatr komissiyasına dəvət olunub. Komissiyanın rəyi belədir: "Hazırda psixi xəstəlik aşkar edilmir. Anamnezdə kəllə-beyin travması olduğu üçün nevroloji müayinə tövsiyə olunur. Psixiatrik cəhətdən heç bir xəstəlik aşkar edilmədiyi üçün vətəndaşın işlə təmin olunmasında və ya digər fəaliyyətində hər hansı maneə yoxdur".
Elektron səhiyyə sistemində "34 gün stasionar müalicə" kimi qeyd olunması məsələsinə gəldikdə isə vurğulayaq ki, vətəndaş Gündüz stasionarı şöbəsinə qəbul olunub.
Bu, vətəndaşların gündüz saatlarında müayinə və müşahidə olunduğu, gecələr isə evə qayıtdığı ambulator-stasionar hibrid formasıdır. Sistemdə bu tip qəbul bəzən "stasionar" kateqoriyası altında qeydə alınır, çünki qəbul şöbəsi "gündüz stasionarı" adlanır. Vətəndaşın yalnız ambulator müayinə keçdiyini bildirməsi ilə sistemdəki qeyd arasında ziddiyyət yoxdur. Sadəcə, terminlərin fərqli başa düşülməsidir".
Nazirliyin məlumatına görə, vətəndaş sistemdəki qeydin dəqiq formalaşdırılmasında düzəliş istəyirsə, şəxsən xəstəxanaya və ya elektron sistem üzrə müvafiq qaydada müraciət etməlidir. Vətəndaşın müraciəti ilə bağlı xəstəxana rəhbərliyi tərəfindən artıq araşdırma aparılıb. O, istədiyi vaxt xəstəxanaya müraciət edərək arayış və ya izahat ala bilər.
Alimlərdən qlobal iqlim fəlakəti barədə XƏBƏRDARLIQ
Qəbir yerləri ilə bağlı biabırçı vəziyyət – Bakıda 15 minə...
Vətəndaşlar şəxsi avtomobildən imtina edirlər - Buna səbəb nədir?
Prezident təqaüdü kimlərə və nə qədər verilir? - SİYAHI
Süni intellektlə saxta materiallar hazırlayıb YAYANLARIN NƏZƏRİNƏ - VİDEO
Sel Ağdam və Ağcabədi kəndlərini birləşdirən yolu dağıtdı; nəqliyyat əlaqəsi kəsildi - FOTO
Həmin sürücünün toy maşını avtobus oldu - VİDEO
Dərin çalalar maşınlara ziyan vurur - Biabırçı vəziyyətdə olan yol - VİDEO
Bakı sakinlərinə ŞAD XƏBƏR – 22 il sonra ilk yaşanır
"Xırdalandan keçib evə çatmaq mümkün deyil" - QHT sədri
Bakıda bir otaqlı ev almaq neçəyə başa gəlir? - Fantastik rəqəmlər








