Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? - Çexiya təcrübəsi öyrənilir

Azərbaycan ictimai nəqliyyatın vahid sistemə inteqrasiyası istiqamətində Çexiya təcrübəsini öyrənir. Bu məqsədlə təşkil olunan səfər çərçivəsində nümayəndə heyəti metro, tramvay, avtobus və dəmir yolunun vahid sistem kimi – sinxronlaşdırılmış hərəkət cədvəli və ümumi tarif modeli əsasında necə işlədiyini araşdıracaq.
Bəs vahid tarif sisteminin Azərbaycanda tətbiqi nə dərəcədə realdır?
Avtosfer.az-ın məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafa Qaynarinfo-ya açıqlamasında bildirib ki, ictimai nəqliyyatın vahid sistemə inteqrasiyası olduqca vacib məsələdir:
"Hazırda ictimai nəqliyyat sahəsində müəyyən çətinliklər mövcuddur. Ölkədə tramvay və trolleybus xətləri fəaliyyət göstərmir. İctimai nəqliyyat əsasən avtobus və metrodan ibarətdir. Sərnişinlər nəqliyyat vasitələrinin dəqiq hərəkət qrafikini bilməlidir. Məsələn, avtobusun hansı dayanacaqda olduğu və doluluq səviyyəsi barədə məlumat əlçatan olmalıdır. Bütün bu proseslər sinxron şəkildə işləməlidir".

Ekspert qeyd edib ki, gələcəkdə belə sistemin tətbiqi mümkündür, lakin hazırda bu, real görünmür:
"Yəqin ki, zamanla bizdə də bu cür sistem qurulacaq. Amma indiki şəraitdə bu, çətin görünür. Çünki hazırda yalnız avtobus və metro fəaliyyət göstərir”.
Yasin Mustafa vahid tarif sistemi ilə bağlı problemlərə də toxunub. Onun sözlərinə görə, bu sahədə əsas çətinliklərdən biri müxtəlif qurumların fəaliyyət göstərməsidir:
"Vahid tarif sisteminin tətbiqi zamanı maliyyə bölgüsü məsələsi ortaya çıxır. Hansı quruma nə qədər vəsait düşəcəyi sual doğurur. Hazırda bu məsələlər tam həllini tapmayıb. Amma düşünürəm ki, gələcəkdə bu problemlərin həlli üçün uyğun mexanizmlər tapılacaq”.
Azərbaycanda bu şəxslərin pensiyası yenidən ARTIRILACAQ
Bakı metrosunda dəyişiklər dərslərin başlanma saatlarına təsir edəcək?
Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR: Qeydiyyata düşmək üçün...
Millət vəkili: İctimai nəqliyyatda tələbələr üçün güzəşt sistemi YARADILMALIDIR
Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat
Azərbaycanda gender bərabərliyi məsələsində dövrün trendi başa çatıb? – AÇIQLAMA
Sürücüləri canından bezdirən yol - VİDEO
Həyətdə od qalayanların NƏZƏRİNƏ! - Cəriməsi var
“Cəbiş müəllim”in qızından “Rabitəbank”a etiraz - “Bizdən razılıq alınmayıb”
Bu şəxslərin pensiyası artırıldı
Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırıldı










