Bağçalarda qida təhlükəsizliyi: Uşaqların sağlamlığı nə dərəcədə qorunur? – Qida eksperti AÇIQLADI

Məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanması xüsusi həssaslıq tələb edən sahələrdən biridir. Bağçalarda təqdim olunan qidaların keyfiyyəti, hazırlanma şəraiti və saxlanma qaydaları birbaşa uşaqların sağlamlığına təsir göstərir. Buna baxmayaraq, praktikada qida təhlükəsizliyi ilə bağlı müxtəlif problemlərə rast gəlinir.
Eyni zamanda, qidaların hansı standartlara uyğun hazırlanmalı olduğu, mətbəx işçilərinin mütəmadi tibbi müayinədən keçib-keçmədiyi və bağçalarda ümumi nəzarətin hansı tezliklə aparılmalı olduğu da müzakirə olunan əsas məsələlərdəndir.
Məsələ ilə bağlı qida mütəxəssisi Seymur Qafarov Avtosfer.az-a açıqlamasında bağçalarda qida təhlükəsizliyi ilə bağlı bir sıra vacib məqamlar mövcuddur:

“Bağçalarda mətbəxlər var və həmin mətbəxlərdə körpələr və azyaşlılar üçün qidalar hazırlanır. Hazırlanan qida məhsulları xüsusi qablaşdırma materiallarında təqdim olunur. Proses ümumilikdə ictimai iaşə müəssisələrində olduğu kimi təşkil edilir və self-servis, eləcə də ailəvi qidalanma prinsiplərinə bənzər şəkildə həyata keçirilir. Ən çox rast gəlinən problemlər məhz bağçaların mətbəxlərində ortaya çıxır. Əsas problemlərdən biri soyuducuda saxlanılan məhsullarda “mal qonşuluğu” prinsipinin pozulmasıdır. Məsələn, kənardan gətirilən qənnadı məmulatlarının üzərində etiket məlumatları ya ümumiyyətlə olmur, ya da düzgün tərtib edilmir. İşçilər gigiyenik təlimlərə cəlb olunmur, qida təhlükəsizliyi barədə kifayət qədər məlumatlı olmurlar. Onlarda düzgün əl yuma vərdişləri formalaşmır, mütəmadi əl yuma və dezinfeksiya prosedurları tətbiq edilmir. Bundan əlavə, bağçaların daxilində sanitar-texniki və sanitar-gigiyenik normalara tam riayət olunmur. Döşəmələrdə çatlar olur, divarlar asan təmizlənən materiallarla üzlənmir, ləkə və nəmlik müşahidə edilir. Suya yaxın sahələrdə düzgün emal prosesi aparılmır. Həmçinin, bağçada istifadə olunan meyvə-tərəvəz məhsulları dezinfeksiya olunmadan istifadə edilir”.
Mütəxəssisin sözlərinə görə, qida məhsullarının temperaturuna nəzarət düzgün aparılmır:
“Bişirmə zamanı sobanın temperaturu və məhsulun daxilindəki istilik göstəriciləri izlənilmir. Uşaqlara təqdim olunan qidaların qida və enerji dəyəri, kalori hesablaması da çox vaxt düzgün aparılmır. Halbuki bütün yeməklər müvafiq standartlara və qida kalkulyasiyasına uyğun hazırlanmalıdır. Mətbəx işçiləri qida ilə birbaşa təmasda olduqları üçün onlar risk qrupuna daxildirlər və ən azı 6 ayda bir dəfə tibbi müayinədən keçməlidirlər. Təəssüf ki, bu qaydalara bir çox bağçada əməl olunmur. Bundan əlavə, bağça rəhbərliyi, baş aşpaz və ya məsul nəzarətçi şəxslər bu sahədə yetərli biliyə malik olmalı, qida təhlükəsizliyi ilə bağlı mütəmadi yoxlamalar aparmalıdırlar. Ən azı ayda iki dəfə, daha yaxşı olar ki, həftədə bir dəfə daxili audit həyata keçirilməlidir. Təəssüf ki, ümumilikdə bağçalarda bu sahə üzrə ixtisaslı və səriştəli mütəxəssis tapmaq çətindir”.
Nurcan Babək
Yağış yağanda Bakıda həyat niyə iflic olur? - Memar səbəbləri AÇIQLADI
Kartınıza pul köçürüb sizi tələyə salırlar - Dələduzların yeni üsulu
Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu - VİDEO
Təsərrüfatlarını su basmış hansı fermerlərə pul veriləcək? – RƏSMİ AÇIQLAMA
Maaş və pensiyalar yenidən artırılacaq? - AÇIQLAMA
Mərkəzi Bankı uçot dərəcəsi ilə bağlı MƏLUMAT YAYDI
Lökbatanda zülmətə qərq olan küçə: “Ayağımızın altını görmürük” - FOTOLAR
Taksi sahibləri üçün VACİB XƏBƏR
Yağış bir həftə əvvəl yağıb, Məmmədli qəsəbəsinin yolları hələ də su altındadır - VİDEO
Ev almaq, yoxsa tikdirmək sərfəlidir? - VİDEO
Bankların nağdlaşdırma limitinə kim nəzarət edir? – RƏSMİ AÇIQLAMA










