Bakı Bulvarında çiçəkləri kim yararsız hala salıb? - VİDEO

Yazın gəlişindən xəbər verən gözəl, rəngarəng dağ lalələri vətəndaşlar tərəfindən əzilib, qoparılıb və yararsız hala salınıb. Arzuolunmaz hadisə insanların istirahət üçün üz tutduğu Dənizkənarı Bulvar ərazisində qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, paytaxt sakinləri yaranan vəziyyətlə bağlı fikirlərini Baku TV ilə bölüşüblər:
"Belə vandalizmi görəndə sadəcə əsəblərim pozulur. Valideynlər uşaqlarına nəzarət etsinlər".
"Gəlmişik şəkil çəkdirməyə, güllərdən zövq almağa. Amma gördüyümüz vəziyyət heç də yaxşı deyil. Biz təbiətə ziyan vurmamalıyıq, əksinə təbiəti qorumalıyıq", - deyə başqa bir sakin bildirib.
Dənizkənarı Bulvar İdarəsinin əməkdaşı Əkbər Nağızadə isə məsələni belə şərh edib:
"Bunun əziyyəti var: göyərdilməsi, torpağa əkilməsi, quşlardan qorunması. Belə hallar bəzən baş verirdi, amma say olaraq az. Kütləvi şəkildə heç vaxt belə hal baş verməmişdi. Bunun çox hissəsini biz təmizləmişik. Görünüş çox pis görsənir deyə aradan qaldırdıq ki, şəhərə gələn qonaqlarımız bu mənzərə ilə rastlaşmasınlar. Balaca uşağın törətdiyi bir hadisə olmaz. Böyük, ağlı, şüuru yerində olan insanın törətdiyi bir işdir".
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT












