Bakıda pulsuz çimərlikdə istirahət neçəyə başa gəlir?

Bakıda ictimai çimərliklərə giriş pulsuz olsa da, əlavə xidmətlər və qida xərcləri vətəndaşların büdcəsinə təsir edir.
Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, paytaxtın Bilgəh, Pirşağı, Buzovna, Mərdəkan və digər ictimai çimərliklərində dənizə giriş üçün ödəniş tələb olunmur. Bununla belə, şezlonq, çətir, masa, nəqliyyat və qida kimi əlavə xidmətlər istirahətin ümumi dəyərini artırır.
Öz çətiri və xalçası olan, qidasını evdən gətirən şəxslər üçün çimərlikdə bir günlük istirahət əsasən yol xərci ilə məhdudlaşır və bu zaman büdcə 0-10 manat arasında dəyişir. Çimərlikdə standart kölgəlik və ya masa götürən, həmçinin yüngül qidalanan şəxslərin xərcləri isə orta hesabla 10-30 manat təşkil edir.
Daha komfortlu istirahətə üstünlük verənlər üçün xərclər əhəmiyyətli dərəcədə artır. Belə ki, 4 nəfərlik ailənin restoranda yemək yeməsi, samovar çayı sifariş etməsi və əlavə xidmətlərdən istifadə etməsi halında ümumi xərc 50-100 manatı, bəzi hallarda isə bu məbləği keçə bilər.
Çimərliyə gediş üçün nəqliyyat seçimi də büdcəyə təsir göstərən əsas amillərdəndir. Taksi əvəzinə yay mövsümündə fəaliyyət göstərən xüsusi avtobus marşrutlarından istifadə etməyi tövsiyə olunur. Koroğlu metro stansiyasından Bilgəh, Mərdəkan və Pirşağı istiqamətlərinə hərəkət edən marşrutlar vasitəsilə sərnişinlər çimərliklərə çata bilirlər.
Bundan başqa, dövlət tərəfindən yaradılmış ictimai çimərliklərdə vətəndaşlar üçün bir sıra xidmətlər ödənişsiz təqdim olunur. Buzovna, Görədil, Novxanı və Pirşağı çimərliklərində pulsuz tualetlər, soyunub-geyinmə kabinaları, duşlar, xilasedici məntəqələri və istirahət zonaları fəaliyyət göstərir. Bu da öz avadanlığı ilə gələn insanların əlavə xərc çəkmədən rahat istirahət etməsinə imkan yaradır.
Düzgün planlaşdırma və ictimai nəqliyyatdan istifadə etməklə yay mövsümündə çimərlik istirahətini minimum büdcə ilə təşkil etmək mümkündür.
Qeyd edək ki, özəl çimərlik və istirahət mərkəzlərində giriş və xidmət haqları ictimai çimərliklərlə müqayisədə daha yüksəkdir.
Metro istifadəçilərinin NƏZƏRİNƏ: 200 manatadək CƏRİMƏ oluna bilərsiniz
Bakıda dəyişkən iş qrafikina keçid necə tənzimlənə bilər? – Deputat AÇIQLADI
Azərbaycanda bu məşhurlar işini itirə bilər - Qadağa gözlənilir
İş saatlarının dəyişdiriləcəyi ilk qurumlar
İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? - AÇIQLAMA
İntensiv yağış yağacaq, dolu düşəcək – SABAHIN HAVASI
Azərbaycan vətəndaşları Ermənistanda neçə daşınmaz əmlak alıb? - RƏSMƏN AÇIQLANDI
Halı pisləşən uşaq niyə müayinə edilməyib? - Həkimlərə xəbərdarlıq - VİDEO
“Nə qanundan, nə də narazılıqdan çəkinirlər” - Xəzər sahilində daha bir hasarlama - VİDEO
Bu tarixdə qısa iş günü olacaq
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - SABAHIN HAVASI










