Bakıda tramvay xətləri bu ərazilərdə çəkiləcək - AÇIQLAMA

Dünyanın bir çox ölkəsində tramvay xətləri həm ictimai nəqliyyatın rahatlığını təmin edir, həm də şəhərlərdə tıxac probleminin azalmasına mühüm töhfə verir. Bu nəqliyyat növü ekoloji baxımdan daha təmiz, səmərəli və iqtisadi cəhətdən sərfəli hesab olunur. Tramvayların əsas üstünlüklərindən biri isə sərnişin axınını tənzimləməklə yanaşı, şəhərin mərkəzində avtomobil sıxlığını əhəmiyyətli dərəcədə azaltmasıdır.
Bəs Bakıda yeni tramvay xətləri çəkilməsi ilə bağlı hansı planlar mövcuddur?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Redaktor.az"a açıqlama verən nəqliyyat eksperti Yasin Mustafayev bildirdi ki , tramvay xəttinin çəkilməsi planlaşdırılıb:

"Əvvəl Mehdiabaddan nəzərdə tutulmuşdu, indi isə "SeaBreeze"ə qədər uzadılacaq. "SeaBreeze"dən "28 May"a qədər tramvay xəttinin çəkilməsi planlaşdırılır, amma əvvəlki yerlərdə olmayacaq. Çünki tramvay deyiləndə bəzi insanlar düşünür ki, əvvəlki kimi şəhərin mərkəzində olacaq. Amma şəhər artıq formalaşıb, binalar tikilib, çoxmərtəbəli yaşayış massivləri salınıb. Belə bir şəraitdə tramvay xətlərini yerləşdirmək mümkün deyil, bu, böyük söküntülərə səbəb ola bilər və sərfəli sayılmır. Lakin qeyd olunan istiqamətdə, "SeaBreeze"dən "28 May"a qədər xəttin çəkilməsi nəzərdə tutulub. Bundan əlavə, bulvar boyunca tramvay xəttinin salınması da planlaşdırılır. Bu da əslində layihəyə daxil edilib".
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












