Bakının mərkəzində qorxunc görüntü: ekspert dəhşətli faktları açdı – VİDEO

Bakıda təşkil olunan Yeni il yarmarkalarından yayılan görüntülər ictimai narahatlıq yaradıb. Paylaşımlarda eyni yağda dəfələrlə qida hazırlandığı, xüsusilə kartof-fri və “xırtaxırt” kartof məhsullarının bu yağlarda bişirildiyi deyilir.
Yarmarkalardakı qidaların təhlükəsizliyinə güvənmək olar? Təkrar istifadə olunan yağlar təhlükəlidir? Bu cür hallar zəhərlənməyə səbəb ola bilərmi?
Avtosfer.az xəbər verir ki, bu barədə "Globalinfo"yaa danışan qida təhlükəsizliyi üzrə mütəxəssis Ağa Salamov deyib ki, bu məsələ yalnız Yeni il yarmarkaları ilə məhdudlaşmır, ümumilikdə ictimai iaşə obyektlərini işlədən şəxslərin məsuliyyəti və vicdanı ilə bağlıdır:
“Yarmarkalarda qida satışı ilə məşğul olan bir çox sahibkarın bu sahədə ya kifayət qədər biliyi yoxdur, ya da insanların sağlamlığını riskə ataraq gəlir əldə etməyə çalışırlar. Nəticədə, eyni məhsulların nəzarətsiz və keyfiyyətsiz şəkildə satışı geniş vüsət alır. Yarmarkada müşahidə olunan əsas problemlərdən biri bişmiş kartofların yenidən isidilərək təqdim olunmasıdır. Bu isə kartofda solanin maddəsinin artmasına və qida zəhərlənməsi riskinin yüksəlməsinə səbəb olur. Bundan əlavə, dəfələrlə istifadə edilən və vaxtında dəyişdirilməyən yağlarda qida hazırlanması sağlamlıq üçün ciddi təhlükə yaradır. Belə yağlar gündə ən azı iki dəfə dəyişdirilməli olduğu halda, intensiv iş rejimi buna imkan vermir və nəticədə məhsulların rəngi qaralır, keyfiyyəti aşağı düşür.

Ağa Salamov
Yarmarkada satılan kumpirlər üçün istifadə olunan iri ölçülü kartoflar insan qidası üçün deyil, texniki məqsədlərə görə nəzərdə tutulub. Bu tip kartoflarda zərərli maddələrin miqdarı daha yüksək olur və onların qida kimi istifadəsi zəhərlənmə riskini artırır. Eyni zamanda izqara və digər avadanlıqların vaxtında təmizlənməməsi, gigiyena qaydalarına əməl olunmaması antisanitar şərait yaradır”.
Ekspert bildirib ki, ictimai iaşədə iş həcmi artdıqca gigiyena və qida təhlükəsizliyi tədbirləri də gücləndirilməlidir:
“İşin çoxluğu heç vaxt müştərilərə sağlamlıq baxımından təhlükəli məhsul təqdim etmək üçün bəhanə ola bilməz. Təəssüf ki, bəzi obyektlərdə təmizlik vasitələrindən düzgün istifadə edilmir, iş şəraiti sanitar normalara cavab vermir. Yarmarkalarda milli mətbəxin yetərincə təbliğ olunmaması da diqqət çəkir. Halbuki, Azərbaycan mətbəxi zəngin çeşidlərə malikdir və turistlər üçün maraqlı təqdimat imkanları yaradıla bilər. Qutablar, milli şirniyyatlar, plov növləri və digər ənənəvi yeməklər düzgün şəkildə təqdim olunsa, həm sağlamlıq qorunar, həm də milli dəyərlər təbliğ edilər. Fast-food tipli məhsulların üstünlük təşkil etməsi isə həm qida təhlükəsizliyi, həm də milli mətbəxin tanıdılması baxımından yol verilməzdir”.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












