Bu ərazilərdə evlər ucuzlaşacaq

Paytaxtda və regionlarda son dövrlərdə tez-tez müşahidə olunan su basmaları daşınmaz əmlak bazarında yeni tendensiyaların formalaşmasına səbəb olub. Xüsusilə, fərdi yaşayış evlərinin yerləşdiyi ərazilərdə infrastruktur problemləri və kanalizasiya sistemlərinin zəifliyi alıcıların seçim meyarlarına ciddi təsir göstərir. Ekspertlər hesab edir ki, bu kimi risklər qısamüddətli dövrdə tələbatın istiqamətini dəyişsə də, uzunmüddətli perspektivdə bazarın strukturuna təsiri müzakirə mövzusu olaraq qalır.
Bəs subasma riski olan ərazilərdə mənzillərə marağın azalması bazarda davamlı dəyişiklik yarada bilərmi?
Avtosfer.az bildirir ki, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən əmlak eksperti Elnur Azadov bildirib ki, son hadisələr istehlakçı davranışına birbaşa təsir edir:
“Alıcılar artıq əmlak seçərkən daha diqqətli davranırlar və xüsusilə fərdi evlərdə ərazinin su basma riskinə məruz qalıb-qalmaması əsas meyarlardan birinə çevrilib. İstehlakçı baxacaq ki, bu ərazi su basan zonadadır, yoxsa yox. Kanalizasiya sisteminin olub-olmaması da çox önəmli olacaq”, – deyə ekspert vurğulayıb.
E.Azadov qeyd edib ki, bu kimi riskli ərazilərdə yerləşən əmlaklara tələbatın azalması qaçılmazdır.
“Əksinə, kanalizasiya sistemi mövcud olan və relyefi daha hündür ərazilərdə yerləşən mənzillərə maraq artacaq. Bu, daha çox müvəqqəti haldır. Təxminən 6 ay – 1 il ərzində insanlar bu məsələlərə daha həssas yanaşacaq, lakin zaman keçdikcə bu faktor yenidən arxa plana keçə bilər”.
Elnur Azadov əlavə edib ki, problemin həlli istiqamətində artıq müəyyən addımlar atılır.
“Belə ki, Bakı və ətraf ərazilərdə kanalizasiya sistemi olmayan zonalarda mini kollektorların tikintisi ilə bağlı qərar qəbul edilib və layihənin icrasına başlanılıb. 2026-ci ilin sonuna qədər bu layihə ərazilərin təxminən 50-60 faizini əhatə edə bilər”.
Ekspert hesab edir ki, infrastrukturun inkişafı gələcəkdə bu kimi riskləri minimuma endirəcək və bazarda mövcud balansın yenidən bərpa olunmasına şərait yaradacaq.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












