Bu şəxslərə şad xəbər - Maaşları iki dəfə artacaq

Bakı Slavyan Universitetində (BSU) fevralın 1-dən etibarən müəllimlərin əməkhaqlarının hesablanmasında yeni sistemə keçid edilir.
Avtosfer.az xəbər verir ki, universitetdə tətbiq olunacaq differensial əməkhaqqı sistemi çərçivəsində professor-müəllim heyətinin maaşları onların fərdi fəaliyyət göstəricilərinə uyğun olaraq tənzimlənəcək. Üç mərhələdən ibarət olacaq prosesin ilk hissəsində müəllimlərin elmi nəşrləri, tədqiqatları və peşəkar inkişafı qiymətləndirmənin əsas meyarları kimi götürüləcək.
"Rauf music" içib "TikTok"da söyüş söydü – 20 gün həbs olundu - FOTO
Yeni sistemin ən diqqətçəkən tərəfi maaş artımının dərəcəsidir. Belə ki, reytinq siyahısında ilk 20 yeri tutan müəllimlərin maaşları iki dəfə artırılacaq. Siyahıda 21-60-cı yerlərdə qərarlaşan əməkdaşlar üçün 40 faiz, 61-100-cü yerlərdəkilər üçün isə 20 faiz artım nəzərdə tutulur. Bu prosesdə iştirak könüllü olsa da, tələbələrin müəllimləri qiymətləndirməsi də yekun nəticəyə təsir edən daimi amillərdən biri olacaq. Universitet rəhbərliyi bildirib ki, bu addım həm təhsilin keyfiyyətini yüksəltmək, həm də müəllimlər arasında sağlam rəqabət yaratmaq məqsədi daşıyır. (Modern.az)
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












