Cinayət törədənlərə yüksək vəzifə verilir - Deputat TƏBİB-i sərt tənqid etdi

“Layihəyə əlavə olunan 3-cü bənd, yəni bu əməli ilk dəfə törədən şəxsin vurduğu ziyanı tam ödədiyi halda cinayət məsuliyyətindən azad olunması məsələsi daha ciddi və prinsipial yanaşma tələb edir”. Avtosfer.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bunu ixtisasca həkim olan deputat Müşfiq Məmmədli aprelin 10-da Milli Məclisdə Cinayət Məcəlləsinə təklif olunan dəyişiklik layihəsinin müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, burada söhbət sıradan hüquq pozuntusundan deyil, dövlət büdcə vəsaitinin sərəncamçısı olan vəzifəli şəxslərdən gedir:
“Bu şəxslər dövlətin onlara göstərdiyi etimadı daşıyır, ictimai resursları idarə edir və cəmiyyət qarşısında xüsusi məsuliyyət daşıyırlar. Bu baxımdan “ziyanı ödə və məsuliyyətdən azad ol” yanaşması kifayət etmir və praktika göstərir ki, bu norma sui-istifadə üçün zəmin yaradır”.
O, fikrini iki faktla əsaslandırıb:
“Qobustan və Şamaxı rayon mərkəzi xəstəxanalarının sabiq direktoru 2025-ci ildə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdar mənimsəmə) və 313-cü (vəzifə saxtakarlıgı) maddələri ilə ittiham olunub, mənimsədiyi vəsaitin bir hissəsini geri qaytardığı üçün şərti cəza alıb. Lakin bu gün həmin şəxs özəl sektorda “Batıgöz” klinikasında və bir necə özəl klinikada baş həkim və digər məsul vəzifələrdə fəaliyyət göstərir.
İkinci fakt: 2023-cü ildə Sumqayıt Tibb Mərkəzinin sabiq direktoru barəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdar mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlıgı) maddələri ilə cinayət işi açılıb, istintaq aparılıb. Lakin təyinatdan kənar istifadə olunan (və yaxud mənimsənilmiş vəsaitin) ödənilməsi əsası ilə həmin şəxs cinayət məsuliyyətindən azad edilib.O, 2024-cü ildə əvvəlcə TƏBİB-də icraçı direktorun müşaviri, daha sonra isə 400 mindən artıq əhalisi olan Abşeronda rayonunda Mərkəzi Xəstəxananın direktoru vəzifəsinə təyin olunub. Haşiyəyə cıxaraq söyləyim ki, əslində səhiyyə islahatlarının avanqardı və müasir korporativ idarəetmə modelinə örnək olan TƏBİB-in idarəetməsində bir qədər öncə yaranan problemin kökünü, bu cür məsələlərdə və bu cür şəxslərdə axtarmaq lazımdır. Bu faktlar açıq şəkildə göstərir ki, mövcud yanaşma real həyatda ciddi problemlərə səbəb olur. Əgər bir şəxs dövlət vəsaitini mənimsəyir, sonra onu geri qaytarır və heç nə olmamış kimi yenidən rəhbər vəzifələrə gələrsə, o zaman bu, sadəcə hüquqi məsələ deyil, bu, ictimai etimad, dövlət idarəçiliyinin nüfuz məsələsidir. Məhz buna görə hesab edirəm ki, Cinayət Məcəlləsinin 308-1-ci maddəsinin qeyd hissəsinə əlavə olunacaq 3-cü bənd bu şəkildə tamamlana bilər”.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












