Banner

Gəncədə "Hacıbala irsi" davam edir; yolu çəkib sonra qazırlar - VİDEO

Sosial 19 Fevral 2026 12:00
Gəncədə "Hacıbala irsi" davam edir; yolu çəkib sonra qazırlar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Gəncə şəhərində bəzi lyukların ətrafında aparılan qazıntı işlərindən sonra yolda təhlükəli çuxurlar yaranıb. 

Avtosfer.az xəbər verir ki, hadisə Gəncə şəhərində, Təbriz küçəsi ilə Cavad Rəfibəyli küçəsinin kəsişməsində qeydə alınıb.

Sakinlərin və sürücülərin sözlərinə görə, son iki gündə lyukların üzəri qazılaraq açıq vəziyyətdə saxlanılıb, lakin ərazidə hər hansı xəbərdaredici nişan və ya mühafizə baryeri quraşdırılmayıb. Nəticədə hərəkət iştirakçıları təhlükə ilə üz-üzə qalıb.

Bildirilib ki, həmin ərazidə su və kanalizasiya xətlərinin dəyişdirilməsi işlərini “MAQRO CONSTRUCTION” şirkəti həyata keçirib. Lakin qazıntıdan sonra yol örtüyünün əvvəlki vəziyyətə qaytarılmaması sürücülərin narazılığına səbəb olub.

Sürücülər qeyd edirlər ki, gecə saatlarında və ya intensiv hərəkət zamanı çuxurları vaxtında görmək mümkün olmur. Bu səbəbdən bir neçə avtomobilin şinləri zədələnib, bəzi hallarda isə asqı sisteminə də zərər dəyib. Zərərçəkənlər hesab edirlər ki, belə hallarda məsul qurum kompensasiya ödəməlidir və sürücülərin məhkəməyə müraciət etmək hüququ var.

Eltac Zülfüqaroğlu

Oxunub 186
ŞƏRH YAZ
Ad

E-mail

Şərh